İsmayıllıda 48 yaşlı kişi özünü güllələyib

İsmayıllıda 48 yaşlı kişi özünü güllələyib

1 Avqust 2012 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Lahıc kəndində kənd sakini, 1964-cü il təvəllüdlü İsa Heydər oğlu Hüseynov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun 5 uşaq atası olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.