Qaşını alan görsəm, başını kəsəcəm" deyən şəxslə bağlı - Açıqlama
"Bakı Metropolitenindən istifadə qaydalarının beşinci maddəsinin on yeddinci bəndində odlu silah və deşici əşyalarla metropolitenə daxil olmaq qadağandır.
Oxuməni.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar MəmmədovTeleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qaydalara əsasən sərnişinlərə xələl gətirə biləcək əşya daşımaq olmaz: "Sərnişinlərin geyimlərini və ya salonu çirkləndirə biləcək paltarda olan şəxs belə metropolitenin giriş qapısından buraxılmaya bilər".
Bəxtiyar Məmmədov "Metropolitenə əlində balta olan şəxs necə daxil olub" sualını belə cavablandırıb: "Hadisənin həqiqətən baş verib-vermədiyini hüquq-mühafizə orqanları araşdıracaq, biz də öz növbəmizdə ictimaiyyətə məlumat verəcəyik", - deyə qeyd edib.
Qeyd edək ki, öz videosunu çəkərək Tiktok-da paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib və insanları təhdid edib.


























.jpg)










































.jpg)

























