Xırdalanda iki qardaş bıçaqlanıb

Xırdalanda iki qardaş bıçaqlanıb

27 Aprel 2011 13:09
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün gecə saat 03.10 radələrində Abşeron rayonundakı Xırdalan dairəsi yaxınlığında, "AS" yanacaqdoldurma məntəqəsinin qarşısında iki qardaş bıçaqlanıb.


Naməlum şəxslər münaqişə zəminində Şərur rayon sakinləri Ədalət Əsədova və onun qardaşı Malikə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.


Yaralı qardaşlar dərhal xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan yaralılardan biri Malik yolda həyatını itirib.


Ədalət Əsədov isə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə yaralının vəziyyəti ağırdır.


Faktla bağlı cinayət işi açılıb, RPŞ tərəfindən araşdırmalar aparılır.