Azərbaycanda 25 İyulun kriminal xronikası

Azərbaycanda 25 İyulun kriminal xronikası

26 İyul 2012 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 47 cinayət faktı qeydə alınmışdır


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Qiyaməli Bayramov tutulmuşdur

25.07.2012

İyulun 25-nə keçən gecə Xətai rayonu ərazisində yaşayan Məmmədrza Süleymanova məxsus "VAZ-2101" markalı avtomaşın qaçırılmışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Qiyaməli Bayramov tutulmuşdur.

Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

25.07.2012

İyulun 25-də saat 16.30 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, şəhər sakini Bəhman Zeynalov "Hyundai" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış 2 sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

İsmayıllı rayonunun Daxar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.07.2012

İyulun 25-də saat 19.00 radələrində İsmayıllı rayonunun Daxar kəndi ərazisində, rayon sakini Nemət Bayramov "QAZ-66" markalı avtomaşını idarə edərkən onu dərəyə aşırmışdır. Nəticədə sürücü və 1 sərnişini hadisə yerində ölmüş, xəsarət almış digər sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Ələt qəsəbə sakini Əlisəfa Qayıbov suda boğulmuşdur

25.07.2012

İyulun 25-də Qaradağ rayonunun Ələt qəsəbəsindəki dəniz çimərliyində, qəsəbə sakini Əlisəfa Qayıbov suda boğulmuşdur.

Bərdə rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.07.2012

İyulun 25-də saat 10.00 radələrində Bərdə rayonunun Şirvanlı kəndi ərazisində, Tərtər rayon sakini Elzamin Əliyevin idarə etdiyi "VAZ-21011" və Ağdam rayon sakini Şəmil Mustafayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Mustafayev hadisə yerində ölmüşdür.

Yasamal rayonu ərazisində yaşayan Səadət İsgəndərovanın yaşadığı evin həyətindən qaz balonu partlamışdır

25.07.2012

İyulun 25-də saat 15.00 radələrində Yasamal rayonu ərazisində yaşayan Səadət İsgəndərovanın yaşadığı evin həyətindən qaz balonu gün vurma nəticəsində partlamışdır. Nəticədə yanıq xəsarəti almış S.İsgəndərova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağarıdır.

Quldurluq etmiş Hökməli kənd sakini Xəqani Qeybullayev tutulmuşdur

25.07.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Emin Zellabdinovu bıçaqla hədələyərək ondan 57 manat pul almış Hökməli kənd sakini Xəqani Qeybullayev tutulmuşdur.

Gəncə şəhər sakini Samir Rzayevdən 7,015 kq marixuana götürülmüşdür

25.07.2012

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Samir Rzayevdən 7 kiloqram 15 qram marixuana götürülmüşdür.

Yeni Gəncə qəsəbə sakini Dürdanə Məlikova qazdan zəhərlənmişdir

25.07.2012

İyulun 25-də Yeni Gəncə qəsəbə sakini Dürdanə Məlikova evindən qazdan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

25.07.2012

İyulun 25-də saat 01.30 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Xəyal Səmədov "Opel" markalı avtomaşını idarə edərkən yolu keçən Samux rayon sakini Ələddin Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Əmircan qəsəbə sakini 5 yaşlı Ziya Səfərov suda boğulmuşdur

25.07.2012

İyulun 25-də Suraxanı rayonunun Buzovna qəsəbəsində, dəniz çimərliyində, Əmircan qəsəbə sakini 5 yaşlı Ziya Səfərov suda boğulmuşdur.

O.M.