Gəncədə “Opel” piyadanı vurub

Gəncədə “Opel” piyadanı vurub

25 İyul 2012 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyulun 25-də saat 01.30 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Xəyal Səmədov "Opel" markalı avtomaşını idarə edərkən yolu keçən Samux rayon sakini Ələddin Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

O.M.