Azərbaycanlı qadınların Antaliyada şok əməlləri: "Sonra ərə getdim..." – Təfərrüat

Azərbaycanlı qadınların Antaliyada şok əməlləri: "Sonra ərə getdim..." – Təfərrüat

25 Aprel 2022 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

İki azərbaycanlı qadını yüksək maaş vədi ilə Türkiyəyə yollayaraq cinsi istismara məruz qoymaqda ittiham olunan 1985-ci il təvəllüdlü Ülviyyə Həsənovanın cinayət işinə baxılıb.

Oxuməni.az Teleqraf.com-a istinadən əldə etdiyi məlumata görə, Ülviyyə 2016-cı ilin sentyabrın əvvəllərində Antalya şəhərindən mobil telefon vasitəsilə Məlahətlə (zərərçəkmişlərin adları şərti verilib – red.) əlaqə saxlayıb. Ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib.

Məlahət razılıq verdikdən sonra bütün yol xərclərini ödəyib və onu 18 sentyabr 2016-cı ildə Azərbaycanın dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Antalya şəhərinə aparıb.

Onu 20 sentyabr 2016-cı ildən 22 sentyabr 2016-cı ilədək həmin şəhərin istintaqa məlum olmayan müxtəlif ünvanlarında pul ödənişi müqabilində kişi müştərilərə təqdim edib, cinsi istismara məruz qoyub.

Ülviyyə 2016-cı il noyabrın ortalarında Məlahətin Antalya şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb, onu rüsvay edəcəyi ilə hədələyib. Onu hədə-qorxu ilə yenidən həmin şəhərə aparıb, kişi müştərilərlə cinsi əlaqədə olmasına şərait yaradıb.

Daha sonra Ülviyyə digər zərərçəkmiş Rəfiqəni də eyni üsualla aldadaraq Anatliyaya aparıb, orada kişi müştərilərlə cinsi əlaqəyə məcbur edib.

İstintaq orqanı tərəfindən Ülviyyətin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1 (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan eidlib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.

“Xəbəri olmayıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülviyyə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, təxminən 2016-cı ilin əvvəllərində Biləsuvar rayonunda yerləşən kafelərin birində işləyib: “Həmin vaxt əslən Tovuz rayonundan olan Ruhiyyə adlı qadınla tanış oldum. Əməkhaqqı bizi qane etmədiyindən birlikdə Türkiyəyə gedib, orada fahişəliklə məşğul olmaq qərarına gəldik. Ruhiyyə vatsap vasitəsilə Türkiyədə olan tanışına zəng etdi, ora gəlmək istədiyini bildirdi.

Bir müddət sonra Bakı şəhərində olarkən Türkiyədən mənə zəng etdilər. Zəng edən şəxs məni Antalya şəhərində işləməklə yaxşı qazanc əldə edəcəyimi dedi, ora gəlməyimi bildirdi. Mənimlə türk vətəndaşı arasında telefon danışığından Ruhiyyənin xəbəri olmayıb”.

“Cinsi xidmət göstərdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2016-cı ilin iyun ayında təyyarə ilə Antalya şəhərinə, oradan da taksi ilə Finikiya rayonuna gedib: “Məni Osman adlı şəxs qarşılayıb kirayəyə tutduğu evə apardı. Həmin evdə məndən başqa tanımadığım 2 azərbaycanlı qadın da vardı. Getdiyim gündən Osmanın kirayəyə götürdüyü evdə digər azərbaycanlı qadınlar kimi kişilərə cinsi xidmət göstərməyə başladım”.

Ülviyyənin ifadəsinə görə, 2017-ci ilin axırlarında onun Osmanla münasibəti daha da yaxşılaşdığından ər-arvad kimi yaşamağa başlayıblar: “Sonra Osman mənim üçün Antalya şəhərinin Finikiya rayonunda ayrıca ev tutdu və Osmanla həmin evdə yaşamağa başladıq.

Osman özü Finikiya rayonunda “Serpil” ləqəbli, əsl adı isə Məryəm Özkaya olan Türkiyə vətəndaşı ilə qadınların fahişəliyə cəlb edilməsi işi ilə məşğul olurdu”.

“Fahişəliklə məşğul olmağa məcbur edilmişəm”

Ülviyyə qeyd edib ki, Rəfiqə və Məlahəti Antalya şəhərində Osmanın kirayəyə tutduğu evdə olarkən tanıyıb: “Sonradan bildim ki, Rəfiqə də Osmanın tapdığı qızlardandır və orada Osmanın nəzarəti altında fahişəliklə məşğul olur. Rəfiqə fahişəliklə məşğul olan zaman tanışı Məlahəti də Osmanla əlaqələndirib. Bundan sonra Məlahət də Osmanın nəzarəti altında fahişəlik edib.

Nə Rəfiqəni, nə də Məlahəti Türkiyəyə aparmışam. Onları orada cinsi istismar etməmişəm. Özüm Türkiyədə Osman tərəfindən fahişəliyə məcbur edilmişəm.

Heç vaxt azərbaycanlı qadınları Türkiyədə cinsi istismar etməmişəm. Məlahəti Osmanın yanına Rəfiqə göndərib”.

“Bu çirkin əməlllərini həmin şəxslə birlikdə həyata keçirib”