Bakıda 77 yaşlı qadın özünü yaşadığı evdə asdı

Bakıda 77 yaşlı qadın özünü yaşadığı evdə asdı

23 İyul 2012 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın paytaxtında intihar hadisəsi baş verib. Bu barədə Binəqədi rayon Prokurorluğundan verilən məlumata əsasən, hadisə paytaxtın 9-cu mikrorayonunda qeydə alınıb. Orada yaşayan, 1935-ci il təvəllüdlü Nübar Həsənova yaşadığı evdə özünü asıb. Qadın ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 77 yaşlı N. Həsənova aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.