Qadınla cinsi əlaqədə oldu, hər şeyi ərinə danışdı, intim fotoları isə... – Şok olay

Qadınla cinsi əlaqədə oldu, hər şeyi ərinə danışdı, intim fotoları isə... – Şok olay

9 Aprel 08:20
256
Bəyəndim (2) Bəyənmədim (0)

Bakıda 1993-cü il təvəllüdlü Səməd tanışı Leylaya (adlar şərti verilib – red.) qarşı quldurluq edib.

Hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. Səməd taksinin arxa oturacağında əyləşmiş tanışı Leylanın boğaz nahiyəsinə bıçaq dirəyib, onun əlində saxladığı telefonunu zorla alıb.

İstintaq orqanı Səmədin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Leyla ilə hadisə baş verməzdən bir neçə ay əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb: “Biz birlikdə evlərin təmir işləri işi ilə məşğul olduq. Hadisə günü saat 21.00-da Leyla ilə birlikdə təmir etdiyim evə getdim. Leyla çay dəməldi, çay içərək, söhbət etdik. Cinsi əlaqədən sonra ondan mənə zöhrəvi xəstəlik keçdiyini bildirdim. Bu vaxt Leyla üstümə qışqırdı. Bu hərəkətə əsəbiləşdim. Onun üzündən və başından şillə ilə vurdum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Leyla ağlamağa başlayıb: “Ona yazığım gəldiyi üçün evdən çıxdım və ona şirniyyat almağa getdim. Şirniyyat və özümə pivə aldıqdan sonra evə qayıtdım. Leyla yeni ev sahibinin məni işdən çıxardığını bildirdi. Ev sahibinə zəng etmək üçün Leylanın mobil telefonunu götürdüm. Lakin telefonda kontur olmadığından zəng edə bilmədim.

Telefonu da götürüb kontur yükləmək üçün mağazaya getdim. Evə qalxmaq istəyəndə Leylanın telefonuna onun əri zəng vurdu. Telefonu açdıqda bir kişi niyə arvadının telefonuna cavab verdiyimi soruşdu. Leyla evdə üstümə qışqırdığından və kobudluq etdiyindən ərinə sevgi münasibətimizin olduğunu və onun mənə xəstəlik keçdiyini bildirdim. Lakin Leylanın əri mənə inanmadı. İntim şəkillərimizi ərinə göndərəcəyimi bildirdim”.

Səməd qeyd edib ki, evə qalxıb və Leyladan 10 manat istəyib: “Ancaq o mənə 10 manat vermədi. Mən yenə Leylanı döydüm, sonra aşağı düşdüm, yenidən Leylanın əri ilə telefonda danışdım. Leyla da arxamca həyətə düşdü. Telefonu məndən alaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdu. Mane olmaq üçün cəld telefonu ondan aldım.

Leylanın 102 xidmətinə zəng etməsi məni daha da əsəbiləşdirdi. Həyətdə yenə onu döydüm. Bu vaxt həyətdə bir yaşlı kişi bizə yaxınlaşdı və Leyla ilə məni ayırdı”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra evə qalxıb: “Lakin həmin yaşlı kişi məni evdən çıxardı, evin açarlarını, eləcə də Leylanın mobil telefonunu məndən alaraq ona verdi. Yaşlı kişi ilə birlikdə evdən çıxdıq. Leyla isə evdə qaldı. Həyətdə Leylanı gözləməyə başladım. Bir qədər sonra o, həyətə düşərək taksiyə mindi.

Mən də həmin taksiyə mindim və Leylanın telefonunda olan öz şəkillərimi götürmək üçün ondan telefonunu istədim. Leyla telefonunu mənə vermədi. Mən mobil telefonu Leyladan aldım və cəld şəkildə taksidən düşdüm. Leylaya telefonu istəyirsə, mənimlə gəlməsini dedim. Gözləsəm də, o, taksidən düşmədi, daha sonra taksi ilə getdi”.

Səməd bildirib ki, növbəti gün Leylanın mobil telefonunu "28 May" metrosu yaxınlığında fəaliyyət göstərən mağazaların birinə apararaq 200 manata satıb: “Həmin pulun 80 manatına dərman aldım, pulun qalan hissəsini isə öz şəxsi istifadəm üçün xərclədim. Taksidə Leylanı vursam da, onu bıçaqlamamışam. Üstümdə həmin vaxt bıçaq olmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, həm rəngsaz ustası kimi fəaliyyət göstərir, eləcə də müxtəlif evlərə gedərək təmizlik işləri ilə məşğul olur, ailəsini dolandırır: “Mən ailəliyəm, 4 övladım var. Səmədi hadisədən 4 ay əvvəl tanımışam. O, zəng etdi, məndən xoşu gəldiyini bildirdi. Görüşdük, onun yaxşı adam olduğunu gördüm. Harada yaşadığını soruşanda Mirəli Qaşqay küçəsində Əli adlı yaşlı kişi ilə qaldığını bildirdi. Səmədlə həmin ünvana getdik. Orada yaşayan Əlinin Səmədi düzgün yola çəkmədiyini gördüm. Bu səbəbdən Əlidən Səmədi düz yola çəkməsini istədim”.

Zərərçəkmiş qeyd edib ki, Səmədə yazığı gəlib, onu yanına aparıb, yanında fəhlə kimi işlətməyə başlayıb: “Bir neçə dəfə birlikdə evlərin təmiri işlərinə getdik. Sonuncu dəfə Nəsimi rayonu, 20 Yanvar küçəsində mənzil təmir etmək üçün təklif gəldi. Ev sahibi ilə görüşdük. Lakin ev sahibi məndən Səmədi yanımda işlətməməsini istədi. Mən də ev sahibi ilə razılaşdım. Bu barədə Səmədə də bildirdim”.

Leyla deyib ki, bundan sonra saat 21.00-da Səməd həmin ünvana gəlib: “Səməd “səni ərindən ayıracam, mən səni sevirəm, sən mənim olacaqsan” dedi. Ondan gic-gic hərəkətlər etməməsini xahiş etdim. Aramızda mübahisə başladı. Səməd məndən ərimdən ayrılmağımı tələb etdi. Əsəbiləşərək məni döyməyə başladı. Bədənimin hansı nahiyələrinə vurmasını dəqiq xatırlamıram.

Bir qədər keçdikdən sonra Səməd sakitləşdi və mobil telefonumu götürdü, su almaq üçün evdən çıxdı. Evdə xeyli gözləsəm də,gəlmədi. Pəncərədən baxdım. Səmədin telefonumla kiminləsə danışdığını gördüm. Diqqətlə qulaq asdıqda Səmədin ərimlə danışdığını və haqqımda nalayiq sözlər işlətdiyini eşitdim”.

Leylanın ifadəsinə görə, cəld həyətə düşüb və telefonunu Səmədin əlindən alıb: “Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. 102 xidmətinə məlumat vermək istədikdə Səməd telefonu əlimdən aldı, zəngi söndürdü, məni döyməyə başladı. Məhəllədə olan yaşlı bir kişi bizə yaxınlaşdı və bizi ayırdı. Səməd evə qalxdı. Yaşlı kişi mənə kömək edərək birlikdə evə qalxdıq. Səməddən mobil telefonumu alaraq mənə qaytardı. Sonra həmin yaşlı kişi Səmədi evdən çıxardı. Mən qapını bağlayaraq ərimə zəng etdim. Ərim mənə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməyimi dedi. Mən isə 102 xidmətinə zəng etmədim”.

Leyla qeyd edib ki, evin sahibinə zəng vurub və hadisə barədə məlumat verib: “Sonra taksi sifariş etdim. Taksiyə minəndə Səməd qəflətən gələrək taksinin sol tərəfindəki qapını açdı, əlində bıçaqla avtomobilə oturdu və qolunu boğazıma tərəf apararaq əlindəki bıçağı boğazıma dayadı. Əlimdəki “Redmi Note 8” markalı mobil telefonu aldı. Bbıçağı boğazımdan uzaqlaşdırmaq istədim. Bunu etmək istədikdə, bıçaq əlimi kəsdi.

Səməd telefonu anidən götürərək oradan qaçdı. Ev sahibinə zəng vurdum və bu barədə ona danışdım. Ev sahibi məni şikayət etməkdən daşındırdı, əvəzində sahə inspektorunun nömrəsini verdi və sahə inspektorunun bu məsələni həll edəcəyini bildirdi”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, səhər saatlarında sahə inspektoruna məlumat verib: “Daxili İşlər Nazirliyinin 102 xidmətinə də zəng vurdum, hadisə barədə məlumat verdim”.

Leyla mobil telefonunun ibtidai istintaq dövründə qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, ona şikayəti olmadığını bildirib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səməd 8 il müddətinə azadlıqdan məhrum edilib.Teleqraf.com