16 yaşa çatmamış nişanlı qız başqa oğlanla qaçdı və sonra... – Şok olay

16 yaşa çatmamış nişanlı qız başqa oğlanla qaçdı və sonra... – Şok olay

6 Aprel 2022 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ rayonunda 1996-cı il təvəllüdlü Orxan yetkinlik yaşına çatmayan Leyla (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Oxuməni.az-ın Teleqraf.com-a istinadən verdiyi məlumata görə, Orxan 2020-ci il avqustun 2-dən 3-ə keçən gecə, saat 1 radələrində və 2020-ci ilin avqustun sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə gecə saatlarında yaşadığı Mıxlıqovaq kəndindəki evində aralarında 8 yaş fərqi olan və on altı yaşına çatmadığını bildiyi Leyla ilə cinsi əlaqəyə girib.

Nəticədə Leyla hamilə qalıb və 1 iyun 2021-ci ildə həmin hamiləlikdən doğuş baş verib.

İstintaq orqanı Orxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ilin yay aylarında Qəbələ şəhərində Leyla ilə tanış olub: “Tanışlıqdan sonra biri-birimizi sevdik və münasibətlərimiz yarandı. Mobil telefonla əlaqə saxladıq. Bir neçə dəfə Qəbələ şəhəri Sahil küçəsində çay kənarında görüşdük, söhbət etdik. Fikirlərimiz evlənmək idi.

Leyla ilə görüşüb tanış olanda onun 2004-cü il təvəllüdlü olmasını, hələ 16 yaşının tamam olmadığını bilmişəm. Münasibətimizdən nə özümün, nə də Leylanın evlərində xəbər tutublar. Onun Qəbələ şəhərində anası ilə babasıgildə yaşadığını öyrəndim. Nikah yaşı tamam olan kimi onunla evlənmək qərarına gəldik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin martın 23-də Leyla anası Nahidənin onu başqa şəxsə, Ağdaş rayon sakini olan tanımadığı şəxslə nişanlamaq istədiyini deyib: “Hətta Leyla nişanı da olduğunu, buna baxmayaraq nişanlandığı oğlanı sevmədiyini, məni sevdiyini və mənimlə evlənmək istədiyini bildirdi. Bir müddət beləcə görüşüb, telefonla danışdıq”.

Orxan deyib ki, 29 iyul 2020-ci ildə saat 22 radələrində evlənmək məqsədi ilə Leyla ilə qaçmaq barədə razılşıblar: “Leyla özü də buna razı oldu. Axşam saatlarında atama məxsus “Vaz 21015” markalı avtomobillə Sahil küçəsinə, çay kənarına getdim. Leylanı orada gözlədim. Az sonra o, gözlədiyim yerə gəldi və avtomobilə əyləşdi.

Könüllü olaraq evlənmək məqsədi ilə tanımadığım avtomobillə Qəbələ rayonundan çıxdıq və Bakı şəhərinə, Sulutəpə yaşayış massivinə, bibimgilə gəldik. Bibim Leylanı evlənmək məqsədi ilə qaçırdığımı bildi.

Səhəri gün Leyla evlərinə zəng edərək anasına evlənmək məqsədi ilə Bakıya gəldiyini bildirdi. 3 gün bibimgildə qaldıq”.

Təqsirləndirilən şəxs deyib ki, 2020-ci ilin avqustun əvvəllərində tanımadığı taksi ilə Leyla ilə birgə Qəbələ rayon Mıxlıqovaq kəndinə gəliblər: “Bakı şəhərində Leyla ilə yaxın münasibətim olmayıb. Onunla cinsli əlaqədə olmamışam, heç bir seksual xarakterli hərəkətlər etməmişım. Bibim evimizə zəng edərək mənim qız qaçırdığımı dedi. Mıxlıqovaq kəndində atam evində bizim üçün ayrılmış evdə yerləşdik. Artıq Leylanın anası da evlənməyimizə razılıq verdi. Ancaq həmin vaxt pandemiya ilə bağlı toylar qadağan edildiyi üçün Leyla ilə heç bir toy və ya nişan etmədik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 2-dən 3-ə keçən gecə atasının evində onlar üçün ayrılmış otaqda Leylaya yaxınlaşaraq onunla cinsi əlaqəyə girməyini təklif edib: “Leyla da etiraz etmədi. Könüllü razılığı əsasında ilk dəfə onunla təbii yolla cinsi əlaqədə oldum. Ancaq el adəti ilə Leylaya yengə təyin edilmədi. Cinsi əlaqə zamanı Leylanın bakirəliyi pozuldu. Təqribən avqust ayının sonlarına kimi Leyla ilə cinsi əlaqədə olmadım. Avqustun sonlarından etibarən də bir neçə dəfə Leyla ilə könüllü razılığı ilə cinsi əlaqədə oldum”.

Orxanın sözlərinə görə, 2020-ci ilin noyabrın sonlarında Leylanın səhhətində narahatlıq olub: “Leylanı Qəbələ rayon diqanostika mərkəzinə gətirdik. Müayinə zamanı Leylanın 12-13 həftəlik hamilə olduğu müəyyən edildi. Leylanı qaçırandan təxminən 20 gün sonra onun anası və digər qohumları bizə qonaq gəldi, aramızda barışıq oldu. Hazırda Leyla bizim evimizdə qalır və mənimlə ər-arvad münasibətində yaşayır”.

Orxan qeyd edib ki, Leyla ilə onun könüllü razılığı əsasında cinsi əlaqəyə girib: “Leylanı aldatmaqla, hədə-qorxu gəlmək, zor tətbiq etməklə cinsi əlaqədə olmamışam. Cinsi əlaqədən öncə onun azyaşlı olduğunu və 16 yaşının tamam olmadığını bilmişəm.

Leyla ilə evlənəndən sonra məndə psixi problemlər baş verdi. Bir qədər əsəbi oldum. Hətta bir dəfə əsəbiləşərək çoxlu dərman da qəbul etdim. Bununla bağlı Qəbələ rayon Prokurorluğundan araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edildi. Leyla ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 1 iyun 2021-ci ildə Leylanın hamiləliyindən bir oğlan övladları doğulub. Qeyd edib ki, Leylanın yaşı tamam olanmadığından nikah bağlaya bilmirlər.

Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmadığını bildirib.

Bu cinayət işinə Qəbələ rayon Məhkəməsində baxılıb.

Orxan 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş “polis nəzarəti altına verilmə” qətimkan tədbiri ləğv olunub. Barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.