Bu gecə Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Bu gecə Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

20 İyul 2012 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

DİN BDYPİ-dən verilən məlumata görə, iyulun 20-də saat 00:30 radələrində Qazax rayonu ərazisində 1-ci Şıxlı kənd sakini Məhəmməd Yusifovun idarə etdiyi "Mercedes" markalı və Türkiyə vətəndaşı Şaban Köç Mustafa oğlunun idarə etdiyi "TİR Skanya" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Yusifov orada ölmüşdür. DİN BDYPİ tərəfindən araşdırma aparılır.

O.M.