
Azərbaycan paytaxtında dəhşətli qətl törədilib
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, Maştağa qəsəbəsində bağ evində yaşayan 57 yaşlı Nazim Əhəd oğlu Babayevin boğazı kəsilmiş meyiti həmin ünvanda tapılıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, N.Babayev qaynı, 1967-ci il təvəllüdlü Arif Kazımov tərəfindən öldürülüb. Hadisənin namus üstündə baş verdiyi ehtimal olunur. Hadisəni törədən A.Kazımov tutulub. Faktla bağlı cinayət işi başlanıb.
O.M.
Digər xəbərlər