
Azərbaycanda 15 iyulun kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 16-sı "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 27 nəfər isə yaralanmışdır.
6 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.
Sabunçu rayonu Ramana qəsəbə sakini Ə.Cəbrayılovu bıçaqla qətlə yetirmiş şəxs müəyyən edilmişdir
15.07.2012
İyulun 15-də Ramana qəsəbəsi Sabunçu rayonu ərazisindən qəsəbə sakini Əliağa Cəbrayılov boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Ramana qəsəbə sakini Rəfayel Səhrai tərəfindən törədilməsi müəyyən edilmişdir.
İlkin yoxlama prokurorluq, Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Zığ-Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi
15.07.2012
İyulun 15-də saat 13.00 radələrində Zığ-Aeroport yolunda Bakı şəhər sakinləri Elvin Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı, Lalə Məmmədovanın idarə etdiyi "Opel" markalı və Masallı rayon sakini Ramiq Cəbiyevin idarə etdiyi "Audi" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Cəbiyev orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
İyulun 7-də Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bəylər Yarəhmədov vurulmuşdur
15.07.2012
İyulun 7-də Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Bəylər Yarəhmədov vurulmuşdur. Nəticədə xəsarət almış B.Yarəhmədov xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Avtomaşın qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini İlkin Kərimov saxlanılmışdır
15.07.2012
İyulun 15-də Yasamal rayonu ərazisindən Ramil Abdullayevə məxsus "Volksvagen-Passat" markalı avtomaşın qaçırılmışdır. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının Xaçmaz rayon sakini İlkin Kərimov tərəfindən qaçırılması və Nəsimi rayonu R.Cəfərov küçəsində idarə edilərkən səkiyə vurulması müəyyən edilmiş və İ.Kərimov saxlanılmışdır.
Zahid Məmmədovun evindən oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Ə.Həsənov və T.Məmmədov tutulmuşlar
15.07.2012
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də Zahid Məmmədovun evindən 800 manat və qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Əyyub Həsənov və Tofiq Məmmədov tutulmuşlar.
Araz Zeynalovun evindən qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini Sənan Yusifov tutulmuşdur
15.07.2012
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Araz Zeynalovun evindən qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini Sənan Yusifov tutulmuşdur. S.Yusifovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 12-də Sahil Əkbərovun evindən də 200 manat və 1 ədəd qızıl üzük oğurlaması müəyyən edilmişdir.
Samir İbrahimova boğaz nahiyəsindən bıçaq xəsarəti yetirmiş Xəyyam Qurbanov tutulmuşdur
15.07.2012
İyulun 15-də Nəsimi rayonu Bülbül prospektindən Samir İbrahimov boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Hadisəni törətmiş Xəyyam Qurbanov Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş və Nəsimi RPİ 22-ci PB-nə təhvil verilmişdir.
Ağcabədi rayonu Biləğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.07.2012
İyulun 15-də saat 22.00 radələrində Ağcabədi rayonu Biləğan kəndinin ərazisində rayon sakini Zahid Talıbovun idarə etdiyi "VAZ-2107" markalı və Ağdam rayon sakini Naib Cəfərovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Talıbov hadisə yerində ölmüş, xəsarət almış N.Cəfərov və sərnişini Gəncə şəhər sakini Seymur Bağırov isə xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi
15.07.2012
İyulun 15-də saat 05.30 radələrində Cəlilabad rayonu ərazisində Neftçala rayon sakini Çingiz Səfərov idarə etdiyi "VAZ-21074" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, Neftçala rayon sakini Zümrüd Abdullayeva orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Salyan rayonu Marışlı kənd sakinləri Rəmzi Qurbanov və anası Bəhruzə Qurbanova intihar etmişlər
15.07.2012
İyulun 15-də Salyan rayonunun Marışlı kənd sakini Rəmzi Qurbanov həyətindəki ağacdan özünü asmışdır. Bununla əlaqədar R.Qurbanovun anası Bəhruzə Qurbanova intihar məqsədilə sirkə turşusu içmişdir. Bəhruzə xəstəxanaya yerləşdirilmişdir.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Oğurluqda şübhəli bilinən Qəbələ rayon sakini Nadir Hacıyev tutulmuşdur
15.07.2012
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də Yaşar Ağayevə məxsus bağ evindən 1.000 manat oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini Nadir Hacıyev tutulmuşdur.
5 nəfər qidadan zəhərlənmişlər
15.07.2012
İyulun 15-də İsmayıllı rayonu Qoşakənd kənd sakinləri Mükafat Qədirov, Gülsabah Əliyeva və qonaqları, Bakı şəhər sakinləri Aygün Nağıyeva, Nailə Nağıyeva və İsmayıl İsmayılov qidadan (qarpızdan) zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Maxare Kulaşviliyə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Qax rayon sakini Qela Basaşvili tutulmuşdur
15.07.2012
İyulun 14-də Qax rayonu ərazisindəki kafedə Qaxbaş kənd sakini Maxare Kulaşviliyə məxsus mobil telefon naməlum şəraitdə oğurlanmışdır.
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Qela Basaşvili tutulmuşdur.
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.07.2012
İyulun 15-də saat 07.00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Əhmədovun idarə etdiyi "Nissan Roque" markalı avtomaşınla Tovuz rayon sakini İlqar Həsənovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və 14 sərnişin xəstəxanaya yerləşdirilmişlər.
Sürücülərin vəziyyətləri qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Hövsan qəsəbə sakini Şəbruz Valehovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür
15.07.2012
İyulun 15-də Binəqədi rayon sakini Aytən Hüseynovanın evində təmir işləri aparan Hövsan qəsəbə sakini Şəbruz Valehovu elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar aparılır.
Kəpəz rayonu Sevinc qəsəbə sakini Xədicə Ələkbərzadənin üstünə televizor düşməsi nəticəsində xəsarət almışdır
15.07.2012
İyulun 15-də Kəpəz rayonu Sevinc qəsəbə sakini Xədicə Ələkbərzadənin üstünə televizor düşməsi nəticəsində xəsarət almışdır. X.Ələkbərzadə xəstəxanaya yerləşdirilmişdir.
O.M.