Binəqədidə baş verən qətllə bağlı rəsmi – Açıqlama

Binəqədidə baş verən qətllə bağlı rəsmi – Açıqlama

14 Fevral 2022 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 13-da, saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxuməni.az-a Binəqədi rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, aralarında baş vermiş mübahisə zamanı 1999-cu il təvəllüdlü Yəhya Quliyev 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirmiş, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.