Goranboyda yanğın şəxsi təsərrüfata külli miqdarda ziyan vurdu, 1 nəfər yaralandı

Goranboyda yanğın şəxsi təsərrüfata külli miqdarda ziyan vurdu, 1 nəfər yaralandı

15 İyul 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən axşam saatlarında Goranboy rayonu, Nadirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 13 ton ot bağlamasının 5 tonu yanmışdır. Yanğın bölmələri hadisə yerinə çatana kimi ev sahibi Ə.Süleymanov aşağı ətraflarından aldığı texniki yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən mərkəzi rayon xəstəxanasına aparılmışdır. Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.