Azərbaycanda 13 iyulun kriminal xronikası

Azərbaycanda 13 iyulun kriminal xronikası

14 İyul 2012 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 11 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Əfəsliyar Ağamirzəyevi qətlə yetirmiş qrupun digər üzvü Binnət İmaməliyev tutulmuşdur

13.07.2012

DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il iyunun 30-da Əfəsliyar Ağamirzəyevi qətlə yetirmiş qrupun digər üzvü Binnət İmaməliyev tutulmuşdur.

Əfsanə Məmmədovanı qətlə yetirmiş Bərdə rayon sakini Ramil Məmmədov tutulmuşdur

13.07.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Əfsanə Məmmədovanı qətlə yetirmiş Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov tutulmuşdur.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim Abdullayev tutulmuşdur

13.07.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Zemfira Rüstəmovaya məxsus evdən 140 manat və qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim Abdullayev tutulmuşdur.

Oğurluq etmiş Daşkəsən rayon sakini İman Məmmədov tutulmuşdur

13.07.2012

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da Nizami Cahangirovun evindən oğurluq etmiş Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İman Məmmədov tutulmuşdur.

Samux rayon sakini Əli Rizvanova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Rövşən Yahyayev tutulmuşdur

13.07.2012

İyulun 13-də Göygöl rayonunun Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini Rövşən Yahyayev münaqişə zəminində Samux rayon sakini Əli Rizvanova bıçaqla xəsarət yetirmişdir.
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yəhyayev tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 23.40 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Zaur Qurbanov idarə etdiyi "Opel" markalı avtomaşını aşırmışdır. Nəticədə Z.Qurbanov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Yardımlı rayon sakini Emin Abdullayev isə xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Yasamal rayonu A.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 12.30 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sevda Balayeva vurulmuşdur. S.Balayeva xəstəxanaya müraciət etməmişdir.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xırdalan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 19.30 radələrində Xırdalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Asim Babayev vurulmuşdur. Nəticədə xəsarət almış A.Babayev xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Zakir Qəribova bıçaqla xəsarət yetirmiş Şirvan şəhər sakini Elşən Mirzəyev tutulmuşdur

13.07.2012

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Zakir Qəribova bıçaqla xəsarət yetirmiş Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Mirzəyev tutulmuşdur.

Narkotik vasitə ilə tutulmuş Gürcüstan vətəndaşı Koba Kvaxadzenin digər cinayət əməlləri müəyyən edilmişdir

13.07.2012

İyulun 4-də narkotik vasitə ilə tutulmuş Gürcüstan vətəndaşı Koba Kvaxadzenin ətrafında Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2011-ci ilin müxtəlif vaxtlarında və 2012-ci il iyul ayına qədər olan müddət ərzində Cəbrayıl Məmmədovun mənzilindən 33.000 manat, 20.000 manat dəyərində qızıl əşyaları, Telman Əliyevin mənzilindən qızıl əşyaları, Baba Əsgərovun mənzilindən 900 manat, 300 dollar və qızıl əşyaları, Firudin Ağayevin evindən 200 manat və qızıl əşyaları, Lətafət Alışovanın mənzilindən 200 dollar, 9800 manat və qızıl əşyaları, Türkiyə vətəndaşı Ərəstun Ərdəminin mənzilindən 10.000 manat, Natiq Əliyevin evindən qızıl əşyaları, Vaqif Abdullayevin mənzilindən 300 manat, Hicran Mehdiyevin mənzilindən qızıl əşyaları, Anar Babayevin mənzilindən 30.000 manat, Süleyman Süleymanovun evindən 3.000 manat və qızıl əşyaları oğurlaması, Məhəmməd Mustafayevin evindən isə oğurluğa cəhd göstərməsi müəyyən edilmişdir.

Qonşusu İqor Xolirə bıçaqla xəsarət yetirmiş Yasamal rayonu ərazisində yaşayan Şamil Təhməzov tutulmuşdur

13.07.2012

İyulun 13-də Yasamal rayonu ərazisində yaşayan Şamil Təhməzov münaqişə zəminində qonşusu İqor Xolirə bıçaqla xəsarət yetirmişdir.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Təhməzov tutulmuşdur.

Yasamal rayonu M.Sübhi küçəsində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 15.30 radələrində Yasamal rayonu M.Sübhi küçəsində Bakı şəhər sakini Telman Rzayev idarə etdiyi "Toyota" markalı avtomaşınla yolu keçən Hacıağa Həsənzadəni vurmuşdur. Nəticədə H.Həsənzadə hadisə yerində ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 11.40 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Arif Məmmədəliyev idarə etdiyi "VAZ-21184" markalı avtomaşınla yolu keçən Masazır qəsəbə sakini Səidə Hidayətovanı vurmuşdur. Nəticədə xəsarət almış S.Hidayətova xəstəxanaya aparılarkən yolda ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Daşkəsən rayonunun Zağalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 08.20 radələrində Daşkəsən rayonunun Zağalı kəndi ərazisində Yuxarı Daşkəsən qəsəbə sakini Fazil Abdullayev idarə etdiyi "VAZ-2106" markalı avtomaşın dərəyə aşırmışdır. Nəticədə F.Abdullayevin xəsarət almış sərnişini, həmyerlisi Dünyamalı Rəsulov xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.07.2012

İyulun 13-də saat 08.00 radələrində İsmayıllı rayonu ərazisində rayon sakini Qurban Həmidov idarə etdiyi "Mitsubishi" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış Q.Həmidov və sərnişinləri, Göyçay rayon sakini Hacımurad Kərimov, Bakı şəhər sakini Fariz Tağıyev, Zərdab rayon sakini Ərzuman Kərimov, Sabirabad rayon sakini Əlisahib Hüseynov və Yaqub İsayev xəstəxanaya yerləşdirilmişlər.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Yanıq xəsarəti almış Binəqədi rayon sakini Vahid Nəcəfli ölmüşdür

13.07.2012

İyulun 9-da Binəqədi rayon sakini Vahid Nəcəflinin üzərinə qaynar su tökülmüşdür. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş V.Nəcəfli iyulun 13-də orada ölmüşdür.

Xırdalan şəhər sakini Cavidan Məmmədli dərmandan zəhərlənmişdir

13.07.2012

İyulun 13-də Xırdalan şəhər sakini Cavidan Məmmədli dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

O.M.