Mağaza gözətçisini qətlə yetirmiş dəstənin daha bir üzvü tutuldu

Mağaza gözətçisini qətlə yetirmiş dəstənin daha bir üzvü tutuldu

14 İyul 2012 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əfəsliyar Ağamirzəyevin qətlə yetirildiyi cinayətin digər iştirakçısı Binnət İmaməliyev iyulun 13-də yaxalanıb.

Qeyd edək ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini Zöhrab Şamilzadə iyulun 12-də tutulmuşdu. Hazırda cinayətin digər iştirakçılarının yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Xatırladaq ki, hadisə iyunun 30-da saat 05:30 radələrində Gəncə prospektində qeydə alınıb. Naməlum şəxslər Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus mağazadan plastik qapını sındırma yolu ilə siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb qaçarkən mağazanın gözətçisi Əfəsliyar Ağamirzəyev onları saxlamaq istəyib. Bu zaman oğrular Ə.Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq onu qətlə yetiriblər.

O.M.