Bakıda 60 yaşlı kişi canına qəsd edib

Bakıda 60 yaşlı kişi canına qəsd edib

11 İyul 2012 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda daş karxanasında intihar baş verib. Bu barədə Apa-ya Qaradağ rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə Qaradağ rayonundakı "Gülbaxt" daş karxanasında qeydə alınıb. Karxanada fəhlə işləyən, Zaqatala sakini, 60 yaşlı Zamanov Cuma Rəcəb oğlu iş yerində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.