Bakıda 25 yaşlı qız intihar edib
Bakıda intihar hadisəsi baş verib. Bu barədə Apa-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib. Hadisə rayonun Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 9, mənzil 58 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 25 yaşlı Nərgiz Ələsgər qızı Məmmədova 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər