Almaniyada 8 türkün qatili ömrünü həbsxanada başa vuracaq

Almaniyada 8 türkün qatili ömrünü həbsxanada başa vuracaq

20 Avqust 2021 06:38
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada məhkəmə neonasist qatil Beate Çeypin ömürlük həbs cəzası qərarını qüvvədə saxlayıb.

Oxuməni.az-ın məlumatına görə, bu barədə “Reuters” bildirib.

Federal məhkəmə onun cinayətlərinin ağır olduğunu nəzərə alaraq, müttəhimin həbsxanada qalması barədə qərarı qüvvədə saxlamaqla Beate Çeypin apellyasiya şikayətini rədd edib.

Sonrakı şikayət vermə proseduru mümkün deyil.

Çeyp 2000-ci ildən 2007-ci ilə qədər türk əsilli səkkiz nəfəri və yunan mənşəli bir kişini öldürüb. O, həmçinin qadın polisi də qətlə yetirib.

Çeyp eləcə də cinayətkar qruplaşmaya maddi-texniki dəstək göstərib və qatillərə sığınacaq verib.