
Nərimanov rayonunda qəza nəticəsində bir nəfər ölüb
Bakı şəhəri Nərimanov rayonunda qəza baş verib. Qarşı-qarşıya gələn iki maşın toqquşub, idarə etməni itirən sürücü yolun kənarında dayanan digər maşına çırpılıb. Qəzada "Mercedes" markalı maşının sürücüsü həyatını itirib.
İki "Mercedes" və bir "Lexus" markalı minik avtomobillərinin toqquşması nəticədə, hər 3 nəqliyyat vasitəsi yararsız hala düşüb.
Hadisə yerinə gələn xilasedicilər maşındakı yaralıları çıxararaq ilkin tibbi yardım üçün xəstəxanaya aparıblar. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Bu dəfə yoldakı şeytan uç maşını "cərimə" etdi...
Elvin Babayev
O.M.
Digər xəbərlər