Azərbaycanlı ailəsini atıb erməni ilə evləndi
Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda dünən səhər saatlarında ağır cinayət hadisəsi törədilib. Bölgə müxbirimiz Nihad Axundovun məlumatına görə, hadisə Laxta qəsəbəsinin Primorskiy şose ünvanında baş verib.
Belə
ki, əslən Cəbrayıl rayonundan olan H.Qəmər qısqanclıq zəminində həyat yoldaşı H.Hüseyn
işə gedərkən ona odlu silahdan atəş açıb. Nəticədə zərərçəkən ağır kəllə-beyin yarası
ilə yaxınlıqdakı Laxta xəstəxanasına yerləşdirilib. Hal-hazırda xəstənin
vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Cinayətə
səbəb kimi H.Hüseynin üzün müddətdən bəri ailəsini ataraq iş yoldaşı, milliyyətcə
erməni olan Anjella Ter-Avanesyanla bir yerdə yaşaması göstərilir.
Xəbərdə
bildirilir ki, Hüseyn dəfələrlə həyat yoldaşının çağırışlarına məhəl qoymadan ailəsinin,
3 azyaşlı uşağının yanına qayıtmaqdan imtina etmişdi.
Qadının
silahı haradan və ya kimdən əldə etməsi haqda hələlik məlumat yoxdur
Fakt
üzrə cinayət işi açılıb, təhqiqat aparılır.
Torpaq
uğrunda ölən varsa, vətəndir. Erməni qadını uğrunda yaralanan varsa...
İnarə
Rafiqqızı
O.M.