VİDEO-Məhərrəmin yeni qanunsuzluqları ortaya çıxır

VİDEO-Məhərrəmin yeni qanunsuzluqları ortaya çıxır

9 Dekabr 2011 14:01
Bəyəndim (0) Bəyənmədim (0)
Döyülən jurnalistin təhqiqatı davam edir

Əziz oxucularımız, bir neçə gün əvvəl sizə təqdim etdiyimiz materialdan kimin haqlı, kimin haqsız olduğunu yəqin ki, özünüz ayırd edə bildiniz. Şəmkir rayonunun Seyfəli kəndinə ezam olunduğum gündən heç bir həftə keçməmiş etibarlı mənbələrdən mənə məlumat daxil oldu ki, kənddə keçirilən yas mərasimlərinin birində "Mən jurnalist qadını çəkiliş zamanı döyüb yola salmışam, gedib nə bilir etsin" deyən bələdiyyə sədri Məhərrəm özünü kənd camaatının içərisində əsl kişi kimi apardığını güman edib. Sanki qadın jurnalistə deyil, cəbhədə erməni işğalçılarına gücünü göstərib.

Doğrudur, sakinlərin çoxsaylı şikayətlərindən və tərəfimizdən aparılan çəkilişlərdən sonra lazımi təşkilatlar onların problemləri ilə maraqlanıb qismən həll etdilər. Lakin Məhərrəmin hüquqi cəhətdən sənədləşdirmə işləri ilə bağlı başqa qanunsuzluqları üzə çıxdı. Özünü bunlardan guya xəbərsiz kimi aparan bələdiyyə sədri onu nə gözlədiyini heç özü də bilmir.

Haşiyə: Yazını qələmə alarkən hörmət naminə bələdiyyə sədrinin adının yanında müəllim və ya bəy kəlməsini yazmaq istədim. Amma Məhərrəmin əməlləri ilə heç kimə müəllimlik edə bilməyəcəyini və ya əsl bəylərə xas olmayan tərzdə qadına, özü də qonağa əl qaldırdığını nəzərə alıb onu sadəcə Məhərrəm deyə xatırlatdım.

Əziz oxucularım, bu məsələ ilə bağlı növbəti görüşlərimizdə yenə də sizləri nigaran qoymayacağam. Necə deyərlər, qoç döyüşünə qoç dayanar...

Mehriban Bəylərqızı

O.M.