Yeni kitablar: “Yurdumun Ərənləri” nin Masallıda təqdimatı

Yeni kitablar: “Yurdumun Ərənləri” nin Masallıda təqdimatı

8 Fevral 2016 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə region yeniyetmə və gəncləri arasında milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlık ruhunda tərbiyə olunmasını təbliğ edən "Uğrunda ölən varsa, Vətən var!" adlı layihə başa çatmışdır .

Masallı rayonunda yerləşən müxbirimiz Əlihüseyn ŞÜKÜROV növbəti məktubunda yazır ki, layihə çərçivəsində "Yurdumun Ərənləri" kitabı nəşr olunub. Fevralın 4-də Masallı rayonunda kitabın geniş təqdimat mərasimi keçirilib. Tədbirdə rayon gəncləri, şəhid ailələrinin nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçıları 1 dəqiqəlik sükutla şəhidləri anıblar. Daha sonra çıxış edən layihə rəhbəri Fariz Quliyev iştirakçılara kitab haqqında geniş məlumat verib. Müəllif qeyd edib ki, yaxın tarixlərdə şəhid olanlar haqqında məlumatlar ilk dəfə olaraq kitaba salınıb. Tədbirdə rayon ziyalıları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda iştirakçılara kitablar paylanıb.

Əlihüseyn Şükürov