ADAU da dərslər bir dəqiqəlik sükutla başlayıb

ADAU da dərslər bir dəqiqəlik sükutla başlayıb

8 Dekabr 2015 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Aqrar Universitetin bütün fakültə və ixtisaslarında bu gün dərslər Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın zamanı həlak olanların xatirəsinin anılması ilə başlayıb.

ADAU-nun mətbuat xidmətindən redaksiyamıza bildirilir ki, dənizdə həlak olanların ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib. Universitetin Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov deyib ki, çətin hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülən tədbirlər nəticəsində 32 nəfər xilas edilib. İlkin məlumata görə 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

ADAU-nun kollektivi adından qəzada həlak olanların və itkin düşənlərin ailələrinə baş sağlığı verilib, Allahdan səbr arzulanıb.
Əlihüseyn ŞÜKÜROV

Quraşdırılmış təsvir 3Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1