Qəzetimizin daimi oxucusu, zəhmətkeş Şamo Babayevdən xəbər var.

Qəzetimizin daimi oxucusu, zəhmətkeş Şamo Babayevdən xəbər var.

22 Oktyabr 2015 21:40
Bəyəndim (0) Bəyənmədim (0)

Şamo Babayev illərdir qəlbində olan müğənnilik arzusuna çatıb. Ş. Babayev bildirir ki, tezliklə bir neçə mahnılarla ilk səhnəyə qədəm qoyacaq. Bu yolda ona dəstək olan müəllimi Səlahəddinə təşəkkürünü bildirir. Bundan əlavə uzun illər tanıdığı gözəl bəstəkar-müğənni Arif Səlimov Mehman Hüseyn oğlunun sözlərinə bəstələdiyi və illər öncə oxuduğu "Şam ağlayır" mahnısını ona hədiyyə edib. Şamo Babayev bildirir ki, mən də bu mahnını ürəklə oxuyacağam. Çünki bu mahnı qəlbimin mahnısıdır. İnanıram hamınız bəyənəcəksiniz. Əvvəlcədən sizlərə sonsuz təşəkkürümü bildirirəm.

İsa Rəvan