Uşaqlığı Şuşada keçmiş qızın uşaqlığına dönmək arzusu...
Uşaqlığıma dönmək istədim. Bu gün çox darıxdım, həm də çox...
Sizə 1983-1984-cü illərdən danışacam. Necə gözəl illər idi mənim üçün, sakit, şən. Kimi görürdümsə, üzü gülər idi. Sanki heç kimin dərdi yoxmuş kimi görünürdü insanlar mənim gözümə. Hətta indi düşünürəm ki, sanki o illərdə insanlar ölmürdü. Bəlkə də bu sözümə gülənlər olacaq, amma elə idi. Bu bir balaca qızın düşündükləri idi. Mənə çox şey fərqli görünürdü o dövrdə. 1-ci sinfə gedirdim və yay tətilində nə Türkiyəmizə biletimiz vardı, nə də Dubaya 7 günlük səyahətimiz. Bizim Dubay da, Turkiyə də gözəl güşəmiz olan Lacınımız, Şuşamız idi. Özü də 10 günlük deyil, nə az, nə çox vur tut 3 ay. Elə sevinirdim ki, kəndə gedəcəm deyə.
İndiki usaqların təyyarəyə minib xarici ölkəyə gedəcək qədər sevincek olurdum. Bəli, mənim usaqlıgım fərqli idi, mənim otelim nənəmin balaca bir evi idi. O evdə cox gözəl xatirələrim oldu. Hər il yay tətilində bütün qohumlar həmin evə yiğışardı. Babamın alma bağında oynayardim. Həftənin 3 günü Laçındakı dağlarımızı, meşələrimizi görmək üçün, babamdan izin alıb, əmim uşaqlarına qoşulub gedərdim. Bəli, indiki uşaqlarin yay tətilindəki böyük mağazalar deyildi mənim gördüklərim, nə də brend mağazaların alış-veriş yeri. Gördüyüm cənnətin bir parçası idi. Lacının Əzgüllü dagının havası basqa idi. Meşə bulağı, Dəhnə bulağı, Məmməd bulağının suyunu indiki uşaqlarımızın içdiyi, 3 manata alınan və bəh-bəhlə təriflənən suya dəyişmərəm.
Çox fərqli idi uşaqlığım. Oynadığım, qonşumuzda Yasəmən bacının mənə düzəltdiyi taxtadan gəlinciyi idi. Üzünü düymədən düzəldib, parca ilə üstünü örtmüş, qələmlə göz-qaş düzəltmişdi. O gəlinciyim, indiki uşaqların elindəki əcnəbi oyuncaqlardan fərqli idi, saf idi. Elə uşaqlığım da saf, təmiz və unudulmaz kecdi.
İndi geriyə bir bilet istəyirəm. Tapa bilərəmmi?
Gülnarə Aydın Bağırova





































.jpg)
.jpg)
.jpg)






















































