Antikorrupsiya komitəsinə şikayət məktubu
Yazıb sizə bildirirəm ki, 31 mart məhz Əli Kərimlinin evi qarşısında iqtidaryönümlü gənclərin aksiyası yalnız sifarişlə, pulla ola bilərdi. Çünki müxalifətdə Əli Kərimlidən də qat-qat təcrübəli, savadlı, peşəkar müxalifət liderləri ola-ola üstünlüyün ona verilməsi digər müxalifətçilərə qarşı təxribatdan başqa bir şey deyil. Əgər bu rəsmi sifarişdirsə, onda ünvanı açıqlayın, digər liderlər də pul ödəyib özlərini reklam edə bilsinlər. Əks-halda, burada korrupsiya elementi var və mən sizdən bu məsələnin nəzarət altına götürülməsini xahiş edirəm.
İmza: peyğəmbərlərdən birinin adını daşıyan, sadə azərbaycanlı İ.Q.
DİBİ ZİRVƏ SAYAN GƏNCLƏRƏ
(Üzeyir Hacıbəyovun qəhrəmanı Həsən bəyin dili ilə):
Cavanlar! Platon demişdi ki, "çelovek jivotnoye obşestvennoye", yəni insan bir sürü heyvandır. Amma xoruzu özü ilə tədbirə gətirməklə bunu belə açıq şəkildə göstərməyə nə lüzum var?! Əgər siz məşhur "uçonıy" Darvinin insanın heyvandan əmələ gəlməsini bütün hamıya "dokazat" eyləmək istəyirdinizsə, bəhs etdikləriniz mövzu buna kifayətdir. İnsanın daxilindəki heyvanı görmək üçün doğrudan da Afrikadakı "buşmenlərə" və "qottenqotlara" baxmaq lazım deyil. Sizin plakatlar və jestlərinizi görmək kifayətdir. Bu sözlər ilə mən sizləri təhqir eyləmək istəmirəm. Siz bizlərin, cəmiyyətin yaratdığı "produktsunuz" ki, deməli, bizdə də qüsur var. Amma bir o qədər də yox. "No" sizlər isə insanı bilmədiyiniz şeydə suçlamaqla, siyasi "mavili"yə düçar olmaqla Darvin babanın layiqli eksponatları olduğunuzu "pokazat" eylədiniz. Mən yenə "povtarit" eyləyirəm ki, mənim qəsdim sizləri "askorbit" eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, "pozvolte", Əli Kərimlinin nəyi və harası iqtidaryönümlü (mövzu ilə bağlı yönüm sözü də "podozritelno" səslənir, amma başqa söz tapmadım) elə "xoş" gəlibdir ki, bu qədər müxalifət liderləri arasında məhz onu seçib? Gözəlliyi? Xeyr! Kişiləri gözəlliyə görə seçməzlər (hər halda Qafqazda). Radikallığı? Əsla! Ondan daha radikal nə qədər "politik" var! "Naprimer", qapaz yeməyə görə o heç Pənah Hüseynə çata bilər?
Bəs nəyi? "Neujeli" pulu, malı, dövləti? Ha-ha-ha! Bütün bunlar "vse ravno" hakimiyyətdə deyilmi? "Nakones", bəs nəyi? Bu saat ərz eyləyim. Bax, siz orada yığışıb onun ünvanına qurşaqdan aşağı zərbə endirirsiniz. Gözləyirsiniz ki, o da başlasın sizlə deyişməyə, yəni xoruzlanma davasına. Amma Əli Kərimli bütün "nedostatoklarına" baxmayaraq, "istinnıy müsəlmanindir", susmaqla cavab verir. "İ tak", məqsəd onu da "rıba Hafizin" səviyyəsinə salmaqdır ki, ora düşən daha heç vaxt "naverx "qalxa bilməz!
Əlbəttə, siz mənim dediklərimi qulaqardına vura bilərsiniz. Axı biz bu məsələyə müxtəlif tərəflərdən baxırıq. "No neujeli" sizə problemə başdan deyil, əks tərəfdən baxmaq "kayf" verir? Fikrimcə, fikirləşməyə dəyər!
EPİLOQ ƏVƏZİ: Məşhur yunan filosofu Sokratı görən Getera (yüngül əxlaqlı qadın) onu lağa qoymaq üçün deyir:
- Sən bu tələbələrinlə çox da öyünmə! Bircə işarəm kifayətdir ki, hamısı səni atıb mənim arxamca getsinlər.
Sokrat təmkinliyini itirməyərək sakit tərzdə cavab verir:
- Bu təbiidir. Axı sən onları aşağıya, mən isə yuxarıya çağırıram.
P.S. Yuxarılara addımlamağımız arzusu ilə
Anar Eyyubov
O.M.