İspaniya Belçikanı məğlub edərək 2026-cı il Dünya Çempionatının yarımfinalına yüksəlib
2026-cı il futbol üzrə Dünya Çempionatının ABŞ-ın İnqlvud şəhərində baş tutan İspaniya dörddəbir finalında İspaniya Belçika ilə qarşılaşıb. Oyunun 30-ci dəqiqəsində ispaniyalı Fabian Ruis dəqiq zərbə ilə hesabı açıb. Buraxılan qoldan sonra hücuma atılan belçikalılar 41-ci dəqiqədə Şarl de Ketelaerenin vurduğu qolla hesabı bərabərləşdiriblər. Maraqlı və gərgin keçən oyunun 88-ci dəqiqəsində İspaniya millisinin oyunçusu Mikel Merino ikinci topu Belçika millisinin qapısından keçirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırıb.
Beləliklə, İspaniya Dünya Çempionatının yarımfinalına yüksəlib. Bu mərhələdə İspaniyanın rəqibi Fransa olacaq. Oyun 14 iyul çərşənbə axşamı ABŞ-ın Arlington şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Onu da deyək ki, İspaniya 2026-cı il Dünya Çempionatı çərçivəsində Belçika ilə keçirdiyi görüşdə ilk dəfə öz qapısından top buraxıb. Qolun müəllifi belçikalı Şarl de Ketelaere olub. Daha əvvəl İspaniya qrup mərhələsində Kabo Verde ilə (0-0) heç-heçə etmiş, Səudiyyə Ərəbistanını 4-0, Uruqvayı isə 2-0 məğlub etmişdi. 1/16 finalda Luis de la Fuentenin yetirmələri Avstriyaya 3-0, 1/8 finalda isə Portuqaliyaya 1-0 hesabı qalib gəlmişdilər.
DÇ-2026, 1/4 final mərhələsi
10 iyul
İspaniya - Belçika - 2:1
Qollar: Fabian Ruiz, 30 (1:0), De Ketelare, 41 (1:1), Mikel Merino, 88 (2:1)
Qeyd etmək lazımdır ki, ikinci yarımfinalın rəqibləri Norveç İngiltərə və Argentina və İsveçrə oyunundan sonra məlum olacaq.
DÇ-2026, 1/4 final mərhələsi
12 iyul
01:00. Norveç - İngiltərə
05:00. Argentina - İsveçrə
Dünya Kuboku 19 iyula qədər davam edəcək.
Əziz MUSTAFA




























































.jpg)


.jpg)
.jpg)

















.jpg)
.jpg)






