Belçika ABŞ-ı, İspaniya isə Portuqaliyanı məğlub edərək 2026-cı il Dünya Çempionatının dörddəbir finalına yüksəldi
Futbol üzrə 2026-cı il Dünya Çempionatının ABŞ-ın Texas ştatının Arlington şəhərindəki AT&T stadionunda keçirilən 1/8 final matçında İspaniya Portuqaliya ilə üz-üzə gəlib. Bərabər səviyyədə keçən oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissədə də meydanda bərabər səviyyədə mübarizə davam edib. Bununla belə oyunda bəxti gətirən komanda İspaniya millisi olub. Belə ki, oyuna əlavə edilmiş vaxtın birinci (90+1) dəqiqəsində ispaniyalı Merino dəqiq zərbə ilə topu Portuqaliyanın qapısından keçirərək komandasını dörddəbir finala yüksəldib. Dörddəbir finalda İspaniya Belçika ilə qarşılaşacaq
Futbol üzrə 2026-cı il Dünya Çempionatının Sietldəki Lumen Field stadionunda keçirilən səkkizdəbir final matçında isə meydan sahibləri ABŞ Belçikanı qəbul edib. Oyunda hesabı 9-cu dəqiqədə Belçikanın hücumçusu Şarl De Ketelaere açıb. 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Malik Tillman sərrast zərbə ilə hesabı bərabərləşdirib. Buraxılan qoldan 2 dəqiqə sonra, oyunun 33-cü dəqiqəsində Belçika komandasının hücumçusu Şarl De Ketelaere dubla imza ataraq ikinci topu rəqib komandasının qapısından keçirib və komandasını yenidən hesabda irəli çıxarıb: 2-1. Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissəyə Belçika komandası daha fəal başlayıb. Bu da tezliklə öz bəhrəsini verib. Oyunun 57-ci dəqiqəsində belçikalı Vanaken 3-cü topu ABŞ millisinin qapısından keçirərək hesab arasındakı fərqi 2 topa çatdırıb: 3-1.
İkincı hissənin sonuna əlavə edilmiş vaxtın 90+3 dəqiqəsində Lukaku 4-cü topu ABŞ millisinin qapısından keçirib: 4-1. Beləliklə Belçika 4-1 hesabı ilə ABŞ-a qalib gələrək dörddəbir finala yüksəlib. Bu mərhələdə Belçika İspaniya ilə qarşılaşacaq.
Dörddəbir final oyunları çərçivəsində bu gün və sabah Bakı vaxtı ilə növbəti oyunlar keçiriləcək:
7 iyul
20:00. Argentina - Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
Əziz MUSTAFA














.jpg)







.jpg)
.jpg)





































































