Argentina, Misir və Kolumbiya futbol üzrə Dünya Çempionatının növbəti mərhələsinə vəsiqə qazanıblar
Futbol üzrə 2026-cı il Dünya Çempionatının növbəti pleyy-off matçı ABŞ-ın Texas ştatının Arlington şəhərindəki AT&T stadionunda Avstraliya və Misir arasında keçirilib. Oyunun 13-cü dəqiqəsində Misir millisinin oyunçusu İmam Açur hesabı açıb. İkinci hissənin 55-ci dəqiqəsində misirli Məhəmməd Haninin topu öz qapısına göndərməsindən sonra oyunda tarazlıq bərpa edilib:1-1.
Oyun bu hesabla başa çatdığından qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtda da qapılara qol vurulmadığından penaltilər seriyasına əl atılıb. Penaltiləri daha dəqiq yerinə yetirən Misir millisi 4-2 hesabı ilə qalib gələrək növbəti mərhəlyə vəsiqəni özü üçün təmin edib. Bu mərhələdə Misir Argentina yığması ilə qarşılaşacaq.
Bu gün Dünya Çempionatının pleyy-off matçı çərçivəsində ABŞ-ın Mayami şəhərindəki Hard Rock Stadionunda keçirilən növbəti oyunda Argentina Kabo-Verde ilə qarşılaşıb. Hesabı oyunun 29-cu dəqiqəsində Argentina millisinin oyunçusu Lionel Messi açıb. Gərgin mübarizə şəraitində keçən oyunun 59-cu dəqiqəsinda Kabo-Verdenin oyunçusu Deroy Duarte hesabı bərabərləşdirib. Oyunun əsas vaxtında qapılara əlavə qol vurulmadığından qalibi aşkar etmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın 92-ci dəqiqəsində Lisandro Martinez vurduğu qolla Argentina yığmasını yenidən hesabda irəli çıxarıb. Güclü rəqibi qarşısında iradə nümayiş etdirən Kabo-Verde 103-cü dəqiqədə Sidney Lopes Kabralın qolu sayəsində hesabı yenidən bərabərləşdiirb:2-2.
Oyunun 111-ci dəqiqəsində Dinei Borgesin topu öz qapısına göndərməsindən sonra Argentina yenidən hesabda irəli çıxıb: 3-2. Oyun bu hesabla da başa çatıb və beləliklə Argentina növbəti mərhələyə adlayıb. Bu mərhələdə Argentina Misir yığması ilə görüşəcək.
Dünya Çempionatının bu gün keçirilən növbəti pleyy-off matçında Kolumbiya Qana ilə görüşüb. Oyunun 14-cü dəqiqəsində kolumbiyalı Arias hesabı açıb. Hər iki tərəfin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib. Beləliklə Kolumbiya Qanaya 1-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Bu mərhələdə Kolumbiya İsveçrə ilə qarşılaşacaq.
DÇ-2026
3 iyul, 1/16 final
Avstraliya - Misir - 1:1, pen - 2:4
Qollar: Emam Aşur, 13 (0:1), Mohamed Hani, 55-avtoqol (1:1)
4 iyul
02:00. Argentina - Kabo-Verde - 3:2
Qollar: Messi, 29 (1:0), Duart, 59 (1:1), Martinez, 92 (2:1), Kabral, 103 (2:2), Borges, 111-avtoqol (3:2)
05:30. Kolumbiya - Qana - 1:0
Qol: Con Arias, 14
Qeyd edək ki, DÇ-2026-nın 1/8 final oyunları iyulun 4-8-də keçiriləcək
Bu mərhələdə aşağıdakı qarşılaşmalar keçiriləcək:
4 iyul
21:00. Kanada – Mərakeş
5 iyul
01:00. Paraqvay – Fransa
6 iyul
00:00. Braziliya – Norveç
04:00. Meksika – İngiltərə
23:00. Portuqaliya – İspaniya
7 iyul
04:00. ABŞ – Belçika
20:00. Argentina - Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
Əziz MUSTAFA


















































.jpg)
.jpg)

.jpg)









































