ABŞ İranın yeni təklifləri ilə razılaşacaqmı?
İranın ABŞ-a təklif etdiyi yeni anlaşma beynəlxalq aləmin diqqət mərkəzindədir. İlk baxışdan yeni təklifldə nəzərdə tutlanların bəzilərinin ABŞ-ı qane edə biləcəyi şübhə doğurmur. Bununla belə İranın yeni təklifində nəzərdə tutulan nüvə razılaşmasını müvəqqəti olaraq təxirə salmaq istəyi çətin ki, ABŞ-ı və onun müttəfiqi İsraili razı sala bilsin. Məhz bu məsələnin tərəflər arasında razılaşmaya mane ola biləcəyi istisna edilimir. Çünki İranının bu təklifi olduqca hiyləgərcəsinə hesablanıb və və"müvəqqəti" sözünün arxasında gələcəkdə ümumiyyətlə nüvə problemini aradan qaldırmağı, danışıqlardan birdəfəlik çıxarmağı nəzərdə tutur. Bununla isə qarşı tərəf çətin ki, razılaşsın.
Qeyd edək ki, İran bu təkliflə çarəsiz duruma düşdükdən sonra çıxış edib. Çünki boğazın bağlanması hər gün İrana təxminən 452 milyon dollar itkiyə başa gəlir. Təklifdə nəzərdə tutulanlar İranın vəziyyətdən çıxış yolu axtardığını bir daha təsdiq edir.
Belə ki, qeyd etdiyimiz kimi İranın yeni təklifi ABŞ-ın tez bir razılaşma əldə etmək üçün nüvə danışıqlarını müvəqqəti olaraq təxirə salmasını tələb edir Təklifdə Hörmüz boğazının açılması və müharibənin bitməsi prioritet təşkil edir. Bu addımın ABŞ-ın İrana qarşı təzyiqini və danışıqlar mövqeyini azalda biləcəyinə inanılır. Bu məsələ ilə bağlı Vaşinqtonda kritik bir görüşün keçirilməsi gözlənilir.
İranın ABŞ ilə danışıqları sürətləndirmək üçün nüvə məsələsindən müvəqqəti olaraq geri çəkilməyi təklif etdiyinə inanılır. Qeyd olunur ki, bu təklif münaqişəyə son qoyacaq tez bir razılaşma üçün zəmin yaratmağa yönəlib. Bu addım regionda gərginliyi azaltmaq cəhdi kimi qəbul edilir.
Hesabatda İranın nüvə məsələlərinin sonrakı mərhələdə həllini təklif etdiyi göstərilir. Bu yanaşmanın tərəflərin əvvəlcə münaqişəyə son qoyan çərçivə razılaşmasına nail olmasını təmin etmək məqsədi daşıdığı bildirilir.
Qeyd olunur ki, İran rəhbərliyi daxilində nüvə proqramı ilə bağlı hansı güzəştlərin edilə biləcəyi ilə bağlı fərqli fikirlər mövcuddur. Bu baxımdan, nüvə dosyesinin müvəqqəti təxirə salınmasının daxili tarazlığın qorunması məqsədinə xidmət etdiyi vurğulanır.
Analitiklərin fikrincə, Hörmüz boğazının açılması və müharibənin sonu ABŞ-ın İrana strateji təzyiqini azalda bilər. Qeyd olunur ki, bu, Vaşinqtonun zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və nüvə fəaliyyətlərinin məhdudlaşdırılması kimi məsələlərdə danışıqlar gücünü azalda bilər.
Bu arada, ABŞ prezidenti Donald Trampın Ağ Evdə İran gündəliyi ilə bağlı milli təhlükəsizlik və xarici siyasət qrupu ilə görüş keçirəcəyi gözlənilir. İstənilən halda bu görüşdə hansı qərarın çıxarılıb-çıxarılmayacağından asılı olmayaraq ABŞ-in təklifdə nəzərdə tutulan nüvə probleminin həllində irəli sürülən təkliflə razılaşa biləcəyi inandırıcı görünmür. Əgər bunun əksi olsa onda ABŞ onun ağır nəticələrini yaxın gələcəkdə öz üzərində hiss edəcək. Belə ki, nüvə problemi məsələsində ABŞ-ın geri addım atması faktiki olaraq Ağ evin İran qarşısında məğlubiyyəti, ağ bayraq qaldırması demək olacaq.
Əziz MUSTAFA









































.jpg)




















































