Azərbaycan və ABŞ hərbi-texniki əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Uzun fasilədən sonra ABŞ-Azərbaycan münasibətləri yenidən özünün sivil inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq münasibətləri səviyyəsində inkişaf etməyə başlayıb. Bunu ABŞ-ın vitse-prezidenti J.D. Vensin Bakıya səfəri də bir daha təsdiq etdi. Vensin Bakıda prezident İlham Əliyevlə keçirdiyi görüşü isə strateji tərəfdaşlıq münasibətlərinin zirvəsi hesab etmək olar. Bunu görüşün nəticələrinə uyğun olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması da parlaq şəkildə bir daha sübut etdi. Xartiyada faktiki olaraq hər iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin əsas prinsipləri müəyyən edilib və bunun həyata keçirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb. Yaxın aylarda işçi qrupu bir araya gələrək həyata keçiriləcək tədbirlər barədə müvaçiq yol xəritəsini razılaşdıracaqlar.
Sənədə əsasən Azərbaycan və ABŞ hərbi-texniki və müdafiə sektorlarında əməkdaşlığı ən yüksək səciyyədə genişləndirmək niyyətindədirlər. Sənəddə qeyd olunur ki, hərbi-texniki əməkdaşlığı genişləndirmək üçün tərəflər aşağıdakıları niyyət edirlər: müdafiə və hərbi-texniki əməkdaşlığın əhatə dairəsini, o cümlədən müdafiə məhsullarının tədarükünü genişləndirmək; bu təhdidə qarşı birgə öhdəliklərini nəzərə alaraq terrorizmə qarşı mübarizədə mövcud əməkdaşlığı genişləndirmək; və kibertəhlükəsizlik imkanlarını artırmaq və vacib infrastrukturu qorumaq üçün əməkdaşlıq etmək.
Xartiyada Cənubi Qafqaz regionunda sülhün Bakı və Vaşinqtonun ortaq maraqlarına uyğun olduğu və Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın hər iki ölkəyə və bütün regiona fayda verdiyi bildirilir. Sənədə əsasən, Azərbaycan və ABŞ strateji tərəfdaşlığın bir hissəsi olaraq əməkdaşlığın əsas sahələri üzrə birgə işçi qrupları yaratmağı planlaşdırırlar. Əməkdaşlığın vacib sahələrinə iqtisadiyyat və ticarət, enerji, rabitə, süni intellekt və rəqəmsal inkişaf, eləcə də təhlükəsizlik və müdafiə daxildir.
Bundan əlavə, qeyd etdiyimiz kimi Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində iki ölkənin müvafiq işçi qruplarından layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini müəyyən edəcəklər.
Sənəddə deyilir ki, "Azərbaycan və ABŞ ildə ən azı bir dəfə müntəzəm görüşlər keçirmək və zəruri hallarda və qarşılıqlı razılaşma əsasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün digər dialoq platformaları yaratmaq niyyətindədirlər".
ABŞ hərbi strateji əməkdaşlıq çərçivəsində Azərbaycana hərbi qayıqlar verməyi planlaşdırır. Bundan məqsəd isə Azərbaycanın Xəzərdəki təhlükəsizliyini təmin etmək, eyni zamanda hərbi dəniz donanmamızı daha da gücləndirməkdir. Bütün bunların da bölgədə təhlükəsizliyin təmin edilməsində, xaricdən gələn təhlükələrin qarşısının alınmasında önəmli rol oynayacağı şübhə doğurmur. Bu da ABŞ-ın və Azərbaycanın strateji maraqlarına qarşılıqlı şəkildə cavab verir. Onu da deyək ki, bir çoxlarının iddia etdiyi kimi ABŞ-Azərbaycan əməkdaşlığı hər hansı ölkəyə qarşı çevrilməyib və əksinə bölgədə sülhə, əməkdaşıəğa uzunmüddətlə sabitliyə, əmin-amanlığa xidmət edir.
Əziz Mustafa







































.jpg)
.jpg)
.jpg)



























.jpg)
.jpg)
.jpg)



















