"Azər" sözünün "Xəzər" sözündən törədiyi gerçəkliyi...
Gözümüzün önündə Xəzər dənizi, tariximizdə Xəzər tayfaları və Xəzər xaqanlığı, qarşımızda "Azər" sözünün "Xəzər" sözündən törədiyi gerçəkliyi və biz hələ də Azərbaycan sözünün, toponominin anlamını Herodot və Strabonun zibilliklərində, ərəb və fars dillərində axtarırıq.
Aşağıda Xəzər arxeoloji mədəniyyətinin ən çox istinad edilən araşdırmaçılarından biri və bəlkə də birincisi olan tarix elmləri doktoru, professor Svetlana Pletnevanın tədqiqatlarından, yenə də ən çox istinad edilən nümunələri təqdim etməklə peşəkar tarixçilərin bu qəbildən olan önəmli mövzulara aydınlıq gətirəcəklərinə ümid bəslədiyimi bildirirəm:
“Xəzər dövlətini quran bəylər Göytürk xaqanları sülaləsindən, aşina soyundan idilər, lakin bütövlükdə xəzərlər Miladdan öncə Urmu gölü hövzəsindən çıxan barsil – azər boylarından olub, Xəzərin quzeyində məskən salan türklər idi”.
С.А.Плетнева. Хазары. M. 1976, səh 7.
Xəzər arxeoloji mədəniyətinin tədqiqatçısı S. A. Pletneva yazır ki, Aktaş çayının qolu Yarıksu kənarında salınmış Azar (Xazar)-qala m.ö II – m.s IX əsrlər boyu fasiləsiz mədəniyət qatları ilə seçilir
Qədim azər boyları içində yaranan bu iki dialekt fərqi hər hansı bir etnonimlə də fərqləndirilə bilərdi. Görünür, İbn Xaldunun "xəzərlər türkməndir" [14] deməsi məhz bu fərqi bildirir. Bu gün Azərbaycan dili ilə türkmən dili arasında olan həmin fərq aydın görünür. Hətta, Azərbaycan sözünün bu dillərdə tələffüz forması da qədim dialekt fərqini ortaya qoyur. Hələ neçə əsr əvvəl türkmən şairi Əndalıp "Oğuznamə" əsərində deyirdi:
Ki andan sonq Irak, Şirvan-Şamakqa,
Taki Xəzərbeçan,
Arzılum yakqa…
Ki andan sonq barıp Eyranı aldı,
Irak, Xəzərbeçan, Teyrannı aldı.
"Koroğlu" dastanının türkmən variantında Qöroqlı (Koroğlu) bir boyda özünü xəzirbeycanlı ("azərbaycanlı") kimi təqdim edir. Həmin boyda belə cümlələr vardır:
"-Menin, aslı kərim xəzirbeycanlı"
"-Ay, xəzirbeycanlı sövdaqər, sen yaqşı qeldin . . ."
Elçin Mirzəbəyli, Azərbaycan Milli Məclisinin deputatı







.jpg)





















































































