Türkiyəyə qarşı yeni hərbi blok,"üçlük" ittifaqı yaradılır

Türkiyəyə qarşı yeni hərbi blok,"üçlük" ittifaqı yaradılır

Bəyəndim (0) Bəyənmədim (0)

İstənilən halda tarixi təcrübə göstərir ki, İraqda, Suriyada və Fələstində dinc insanların qanlarının axıdılmasının əsas günahkarı "şiə üçbucağı" qurmaq istəyən məhz faşist fars rejimidir. Əgər İranın "beşinci kolonu" hesab edilən HƏMAS Tehrandan aldığı təlimatla İsraillə sərhəddə olan və yüzlərlə insanın asudə vaxtlarını keçirən istirahət mərkəzinə hücum etməsəydi Fələstin bu günkü facələrini yaşamazdı. Bu baxımdan belə hesab etmək olar ki, islam dünyasının parçalanmasının və dağıntılara məruz qalmasının günakarı, düşməni İsrail deyil, İranın faşist fars rejimidir.

Suriyada və Fələstində baş verənlərə münasibətdə anti İsrail mövqeyi tutan Türkiyənin düşmənləri, Yunanıstan, Cənubi Kipr və İsrail hərəkətə keçərək bölgədə üç ölkədən ibarət hərbi ittifaq qurmaq üçün müvafiq addımlar atmağa başlayıblar. Bunu dekabrın 22-də Qüdsdə İsrail, Yunanıstan və Cənubi Kipr arasında keçirilən üştərəfli görüş də bir daha təsdiq edib. Görüşdə əsas müzakirə hədəfi Türkiyəyə qarşı Aralıq dənizi bölgəsində üç ölkə hərbçilərindən ibarət Çevik Reaksiya Qüvvələrinin yaradılması olub. Bu qüvvələrin Türkiyəyə qarşı yaradıldığını İsrail baş naziri Binyamin Netanyahu da gizlətməyib. O üçtərəfli sammitdə açıq şəkildə bildirib ki, əsas məqsəd "imperiyalarını bərpa etmək xəyalını quranlara" cavab verməkdir. Bunu sammitdən sonra verilən birgə bəyanat da təsdiq edir. Bəyanatda deyilir ki,"Təhlükəsizlik, müdafiə və hərbi məsələlərdə mövcud üçtərəfli əməkdaşlığımızı gücləndirmək barədə razılığa gəldik".

Daha sonra sənəddə qeyd edilir ki, "Terrorizmlə mübarizəyə, o cümlədən terrorizmin maliyyələşdirilməsinin aradan qaldırılması səylərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik".

Tərəflər arasında müzakirə edilən digər məsələ isə regionda dəniz təhlükəsizliyinin, eləcə də dəniz yollarının və vacib infrastrukturun qorunmasının vacibliyi olub. Üç ölkə liderləri "təbii qaz yataqlarının işlənməsi, regionlararası elektrik xətlərinin yaradılması və bərpa olunan enerji təşəbbüsləri daxil olmaqla birgə enerji layihələrinin" həyata keçirilməsində birgə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəiblər. Bununla bağlı sammitin nəticələrinə toxunan İsrailin Ynet nəşri yazıb ki, görüşdən məqsəd bölgədə Türkiyəyə qarşı "strateji təhlükəsizlik divarı"nın yaradılması olub.

Sammitdə diqqəti cəlb edən digər bir məsələ Netanyahunun Türkiyə rəhbərliyinə üstüörtülü şəkildə müraciət etməsi və ona xəbərdarlıq etməsi olub. Netanyahu imperiyalar dövrünün çoxdan keçdiyini, belə xəyal quranların öz məqsədlərinə çatmayacağını, İsrail, Yunanıstan və Kiprin lazım gələrsə özlərini müdafiə edəcəklərini bildirib.

Türkiyə əleyhinə çevrilən Çevik Reaksiya Qüvvələrinin tərkibi və qarşıına qoyulan məqsədlər barədə də tərəflər arasında razılıq əldə edilib. Əldə edilən razılığa görə, Çevik Reaksiya Qüvvələri 2500 nəfərdən ibarət olacaq. Onlar lazım gələcəyi halda sürətlə böhran bölgəsinə yeridiləcək və düşmən güclərinə qarşı sərt cavab tədbirləri həyata keçirəcəklər. Çevik Reaksiya Qüvvələrinin yaxın vaxtlarda formalaşdırılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl, noyabr ayının 13-də artıq Yunanıstan və İsrail arasında Aralıq dənizində birgə hava manevrləri keçirilib. Təlimlərdə bölgədə təhlükəli vəziyyət əmələ gələcəyi təqdirdə şərti düşmənə-Türkiyəyə qarşı cavab zərbələri sınaqdan çıxarılıb.

Beləliklə, bölgədə Türkiyəyə qarşı onun əbədi düşmənləri olan Yunanıstan, Cənubi Kipr və İsrail tərəfindən "Üçlük" hərbi ittifaqı yaranır. Belə bir vəziyyətdə Türkiyə də öz iqtisadi, siyasi və hərbi maraqlarını Aralıq dənizində müdafiə etmək üçün müvafiq cavab tədbirlərinə əl atmağa, ordusunu, hərbi dəniz qüvvələrini və hava güclərini gücləndirməyə məcbur olacaq.

Yeri gəlmişkən onu da deyək ki, "Üçlük" hərbi ittifaqının "ömrü" Fələstin və Suriya problemlərinin nə vaxt aradan qaldırılmasından asılı olacaq. Bu müstəvidə də İsraillə Türkiyə arasında düşmənçiliyin uzun müddət davam etməyəcəyi və tərəflər arasında münasibətlərin tez və ya gec normallaşacağı istisna edilmir.

İstənilən halda tarixi təcrübə göstərir ki, İraqda, Suriyada və Fələstində dinc insanların qanlarının axıdılmasının əsas günahkarı "şiə üçbucağı" qurmaq istəyən məhz faşist fars rejimidir. Əgər İranın "beşinci kolonu" hesab edilən HƏMAS Tehrandan aldığı təlimatla İsraillə sərhəddə olan və yüzlərlə insanın asudə vaxtlarını keçirən istirahət mərkəzinə hücum etməsəydi Fələstin bu günkü facələrini yaşamazdı. Bu baxımdan belə hesab etmək olar ki, islam dünyasının parçalanmasının və dağıntılara məruz qalmasının günakarı, düşməni İsrail deyil, İranın faşist fars rejimidir.
Əziz MUSTAFA