Ermənistan sülhə, yoxsa müharibəyə hazırlaşır?
Bu ilin avqust ayının 8-də ABŞ-da prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında sülh anlaşmasınıın əsas prinsipləri barədə əldə edilən razılıq bölgədə faktiki olaraq yeni siyasi vəziyyətin əmələ gəlməsinə səbəb olub. Ötən müddət ərzində hər iki tərəf ABŞ-da əldə edilən razılığın həyata keçirilməsi istiqamətində müəyyən addımlar atıb. Xüsusi ilə qısaca adı TRİPP olan (Tramp dəhlizi) nəqliyyat yolunun reallaşması ilə bağlı Ermənistan-ABŞ birgə işçi qrupunun yaradılmasınıı təqdirəlayiq hesab etmək olar. Azərbaycan tərəfindən də öz növbəsində Qazaxıstandan Ermənistana gedən taxıl qatarına öz ərazisindən yol verməsi və buna paralel olaraq bir neçə gün öncə qonşu oılkəyə Aİ-95 benzinin göndərilməsi tərəflər arasında qarşılıqlı inamın möhkəmləndirilməsi istiqamətində atılan daha bir uğurlu addım olub.
Bununla belə tərəflər arasında sülh sazişinin əldə edilməsinə mane olan bəzi problemlər qalmaqda davam edir. Azərbaycanın Ermənistan konstitusiyanın dəyişdirilməsi və orada ölkəmizə qarşı olan ərazi iddiasının çıxarılması tələbi qarşı tərəfin müəyyən siyasi oyunlara baş vurması ilə müşahidə olunmaqdadır. Bunu iki il öncə noyabr ayında qəbul edilən "Ermənistan Respublikasının Mədəniyyətinin Qorunması, İnkişafı və Populyarlaşdırılması üzrə 2023-2027-ci illər üçün Strategiya"nın timsalında da aydın görmək olar. Əslində bu strategiyanın əksər müddəaları Vaşinqtonda tərəflər arasında əldə edilən müqavilənin şərtləri ilə üst-üstə düşmür və onunla ziddiyyət təşkil edir. Xüsusi ilə strategiyada əksini tapan ölkəmizin Qarabağa qarşı müharibəsi, ermənilərin "mədəniyyət abidələrini" guya məhv etməsi kimi ifadələrin qalmaqda davam etməsi Ermənistanın həqiqi sülhə can atdığını şübhə altına alır. Bundan əlavə sənəddə iddia edilir ki, guya ermənilər Qarabağda min illər mövcud olublar. Halbuki Qarabağa ermənilərin köçürülməsi Rusiyanın qədim Azərbaycan torpaqlarını işğal etməsindən və Rusiya ilə İran arasında imzalanan 1828-ci il Türkmənçay müqaviləsindən sonra başladı. Hətta iş o yerə çatıb ki, sənəddə Azıx mağarası Ermənistanın qədim tarixi irsi kimi qələmə verilib. Halbuki Azıx mağarasının "erməni abidəsi" kimi təqdim edilməsi elmi cəhətdən absurddur və heç bir əsaslara söykənmir.
Sənəddə ermənilərin sülh adı altında manevr etməsini göstərən və onların oynadıqları "oyunu" sübut edən digər bir sübut isə hazırda Bakıda məhkəməsi gedən, əlləri günahsız azərbaycanlıların qanlarına batan terrorçuların "əsirlər" adlandırılması və yaşadıqları yerləri könüllü tərk edərək Ermənistana gedən "ermənilərin Qarabağa qayıtması" da əksini tapıb. Bütün bunlar da təbii ki, Ermənistanın sülhlə bağlı verdikləri açıqlamaların sadəcə olaraq "vaxtudma"ya xidmət etdiyini göstərir.
Azərbaycana gəlincə, dövlət rəsmilərimiz dəfələrlə bəyan ediblər ki, Ermənistan öz konsitutisiyasından ölkəmizə qarşı ərazi iddialarını çıxarmasa, onda tərəflər arasında hər hansı bir sülh anlaşması imzalanmayacaq. Bakı eyni zamanda İrəvana xəbərdarlıq edib ki, vəziyyət belə davam edəcəyi təqdirdə Azərbaycan da Ermənistana qarşı ərazi iddiası ilə çıxış edəcək.
Hələliksə Azərbaycan Ermənistana gedən taxıl qatarlarını öz ərazisindən buraxmaqla və adı çəkilən ölkəyə 1200 ton Aİ 95 benzini göndərməklə xoşməramlı olduğunu nümayiş etdirir və sülh anlaşmasının imzalanması üçün qarşı tərəfdən də analoji münasibət gözləyir...
Əziz MUSTAFA






































































.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)






















