Tariximiz və özümüz
Ermənilərin iddialarına görə, albanların yazılı abidələri mövcud deyil. Onlar əmin idilər ki, alban dilində yazılmış bütün salnamələri məhv ediblər. Gözlənilmədən Sinay yarımadasından, Qırmızı dəniz sahilindəki Müqəddəs Katerina monastırından alban pərqamənti tapıldı, onların çoxillik cəhdləri toz kimi havaya sovruldu ({Zaza Aleksidze} 2003. s.3-129; {İlhami Cəfərsoy} 2014. s.33-52).
Düzdür, XX əsrin əvvəllərində Azərbaycan ərazisindən Alban və türk əlifbası ilə yazılmış mətnlər tapılmışdı. Ancaq bizim dilçilərin həmin mətnlər üzərində işləməsinə imkan verilməmişdi. Konkret faktlara müraciət edək. 1926-cı ildə Göyçay qəzasının Quşçu və Qurdlar kəndlərindən türk əlifbası ilə yazılı mətnlər tapıldı. Ancaq Azərbaycan alimləri onlara yaxın buraxılmadı.
A. P. Fituni soyadlı Şamaxı ermənisi yazır: – Biz Azərbaycan hökumətinin bütün cəhdlərinə baxmayaraq həmin yazılı abidələrin Bakıda qalmasına imkan vermədik. Onları Tiflisə və Peterburqa göndərdik {Fituni} 1926. s.3-25).
Alban və türk əlifbaları ilə yazılmış kitabələri yalnız ermənilər yox, həm də gürcülər məhv edirdilər. Çünki Moskvanın himayəsi altında onların gizli niyyətləri var idi.
Həmin niyyətin nəticəsi olaraq Azərbaycanın Borçalı mahalı gürcülərə, Göyçə mahalı ermənilərə verildi. İş o yerə çatdı ki, 1946-cı ildə Mingəçevirdən tapılan V əsrə aid yazılı şamdan Tiflisə aparıldı.
Akaki Şanidze yazır ki, o şamdan üzərindəki yazı ən qədim alban yazısıdır {Şanidze} 1938. s.6). Ancaq dilinə gətirmədi ki, şamdanın üzərində alban hərfləri ilə tanrı sözü aydın oxunur.
Suallar verilə bilər ki, Azərbaycan ziyalıları nəyə görə bu saxtakarlığa qarşı səslərini ucaltmadılar? Onlar ona görə ucaltmadılar ki, 30-40-cı illərdə onların yarısı torpağın altında, yarısı Sibirin qarlı meşələrində idi.
Alban əlifbası ilə yazılmış başqa bir qiymətli abidə Borçalıdan tapıldı. Akaki Şanidze mənim abidənin dili barədə bir söz demir. Yalnız onu qeyd edir ki, V əsrdə Aid Bolnisi kitabəsi qarışıq türk və alban əlifbası ilə yazılmışdır (\text{Şanidzdə} 1960. s.
Albaniya ilə İberiya arasındakı David Qaraça mağara-monastırında uyğur əlifbası ilə yazılmış dualar var idi. Dualardan biri belədir: Ari tanqri, ari yuca, ari acalsez, lisa ki xaça çəktənk, rahmat gəlgil bizə {Şanidzdə} 1938. s.54-55).
Akaki Şanidze yazır ki, o mağara yazıları naməlum bir dildədir. Əslində burada naməlum bir şey yoxdur. Dua başdan-başa türk sözlərindən ibarətdir.
Akaki Şanidze naməlum dildəki tanqri, yuca, biz, gəlgil, sözlərini görmür. İddia edir ki, duada üç dəfə təkrar olunan ari, yəni təmiz türk sözü deyil. Özünə xeyli zəhmət verib, fars dilindəki lüğətləri vərəqləyir. Oradan tapır ki, ari tanqri fars dilində pak xuda deməkdir {Şanidzdə} 1938. s.43-44).
Naməlum erəmi (yəni Aran dilindəki ari-təmiz, yuca-uca, xaç-xaç, çəktənk-çəkilmiş) hamısı türk sözləridir. Duada bircə alınma söz var ki, o da -sez inkər şəkilçisi ilə işlənmişdir.
Erməni və gürcü tarixçilərinin iddialarına görə, onların əcdadları Qafqazda xristian mədəniyyətinin yaradıcılarıdır. Halbuki həmin mədəniyyətin böyük bir qolunu xristian türk və alban nəsilləri - erlər, çorlar, utilər, uçarlar, ucanlar və başqaları yaradıblar. Qonşularımız mərhələlərlə həmin abidələri öz dillərinə tərcümə edib, ilkin nüxsələri yandırdılar.
İlhami Cəfərsoy, tarixçi alim











































.jpg)
.jpg)
.jpg)








































.jpg)




