"Qarabağ" məğlub olsa da güclü rəqiblə baş-başa mübarizə apardı
Futbol üzrə Çempionlar Liqasının növbəti mərhələsində "Qarabağ" səfərdə hazırda İtaliya Çempionatında liderlik edən "Napoli" komandası üz-üzə gəlib. Neapoldakı Dieqo Armando Maradona stadionunda baş tutan oyunda komandamız güclü rəqiblə baş-başa mübarizə aparıb və bəzi epizodlarda hətta ondan üstün oynadığını nümayiş etdirib. Bunun da nəticəsində "Qarabağ" birinci hissədə öz qapısını toxunulmaz saxlaya bilib.
Bütün bunlarda isə qapıçımız Koxalskinin böyük xidmətləri olub. O dəfələrlə komandamızın qapısını 100 faizli qollardan xilas edə bilib. İkinci hissədə də rəqibinə güclü müqavimət göstərən "Qarabağ" bununla belə oyunun məğlubiyyətdən qaça bilməyib.
Oyunun 56-cı dəqiqəsində isə Koxalski qapımıza tətin edilən 11 metrlik cərimə zərbəsini ustalıqla dəf edə bilib. Buna baxmayaraq meydan sahibləri oyunun 66-cı dəqiqəsində hesabı aça biliblər.
Meydan sahiblərinin yarımmüdafiəçi Skott MakTominay əlverişli vəziyyətdən istifadə edərək topu qapımızdan keçirib. Bundan sonra müdafiəmizdə çaşqınlıq əmələ gəlib və 72-ci dəqiqdə Yankoviç avtoqola imza atıb. Nəticədə oyun ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra keçiirlən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandamızın oyunundan razı qaldığını bildirib.
"Napoli"nin baş məşqçisi Konte isə Koxalskinin oyununu tərifləyib və deyib ki, o olmasaydı hesab daha böyük ola bilərdi.
Qeyd edək ki,"Qarabağ" növbəti oyunu dekabrın10-da Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcək.
Əziz Mustafa













.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)













































.jpg)
