H'AY, YOXSA AY ???
Dünyada çox az millət var ki, ermənilər kimi cürbəcür tayfaların qatışığından ibarətdir. Dillər arasında elə bir dil tapmaq çətindir ki, ermənilərin dili qədər hibrid olsun.
Bunu ermənilərin özləri etiraf edirlər. Akademik M.X.Abeqyan yazır: – Ermənilərin özləri kimi dilləri də hibriddir (Abeqyan 1975.s.12). Onların antropologiyası bunu çox açıq şəkildə göstərir.
Erməni millətinin müxtəlif etnik toplumların qatışığından yarandığını akademik B.B.Piotrovski M.X.Abeqyandan qabaq söyləmişdi. B.B.Piotrovski yazır: – Erməni xalqı Ön Asiyada çoxsaylı xırda etnosların assimilyasiyası nəticəsində yaranmışdır (Piotrovski 1946. s.6, 7, 31, 36).
İndiki ermənilər iki ad altında gizlənmişlər: h'ay və erməni. Əslində nə h'ayların indiki ermənilərə bir aidiyyatı var, nə ermənilərin. H'aylar türklər kimi Yafəs mənşəli iltisqaqi dilli elitar nəsillər idilər. Onlar flektiv dilli indiki ermənilərin – qara camaatın üzərində hökmran olmuşdular.
M.X.Abeqyan h'ayların və ermənilərin Kam və Quş mənşəyi, yəni türklərlə qohumluğu barədə sussa da, belə bir gerçəkliyi gizlədə bilmir ki, onların qəbilə və tayfalarının çoxu iltisqaqi dilli olmuşdur (Abeqyan 1975. s.13-14).
Ermənilərin özlərinə H'ay deməsi Dunay slavyanlarının özlərinə Bolqar deməsinə bənzəyir. Slavyanlar cənubi rus çöllərindən Dunay sahilinə köçdülər. Asparux xanın yaratdığı Dunay Bolqar dövlətinin ərazisində yurd saldılar. Özlərini qədim bir türk ulusunun adı ilə bolqar adlandırdılar.
Asparux xanın övladları yunanlarla 300 il vuruşdular, qırılıb azaldılar. Slavyanlar arxa cəbhədə salamat qaldılar. İlbəil artaraq ölkənin hakim çoxluğuna çevrildilər. Nəticədə Bolqar türk dövlətinin xarabalıqları üzərində Bolqar slavyan dövləti meydana gəldi.
Eyni tarixi tələ ilə iltisqaqi dilli qədim h'aylar flektiv dilli indiki ermənilərə çevrildilər. 387-ci ildən başlayaraq tədricən dininin təsiri altında qəribə qəbilələr, pəhləvi dilinin təsiri altında qəribə qəbilələr yarandı. Ancaq heç kəs fərqinə varmadı ki, Qarabağ adlanan qədim qıpçaq nəsillərindən birinin adıdır.
Qarabağ adlanan dil arı və sami mənşəli dillərin təsirinə uğramış türk dillərindən biridir. N.Y.Marra görə o, xristianlığa qədər quruluşca iltisqaqi olmuş, xristianlıqdan sonra tədricən flektivləşmişdir (Mapp 1903. giriş; Abeqyan 1975.s.11-12).
N.Y.Marr 1903-cü ildə Sankt-Peterburqda Rusiya İmperator Akademiyasının qərarı ilə çap olunan qədim erməni dilinin mənşəyinə aid kitabında yazır: – Qarabağ adlanan qədim H'Ay dili iltisqaqi, indiki erməni dili flektivdir. H'Ay dili Turan mənşəli olub, Yafəs dilləri qrupuna aiddir. V-VII əsrlərdə h'ayların dilində köklü dəyişikliklər baş vermiş, bir dil tamamilə başqa bir dilə çevrilmişdir (Mapp 1903.s.XXVII–XXXV).
Ermənilərin H'Ay adlandırdıqları Ay Ön Asiyanın qədim türk etnoslarından biridir. Onların adı Misir piramida mətnlərində Ay, erməni mənbələrində Ayk, gürcü salnamələrində Ayet, yunan tarixçilərinin əsərlərində Ayos, Urartu miyixyazılı abidələrində Aya formalarında yazıya alınmışdır (Xorenski 1893.s.293; Açoxik 1864.s.273; İstoriya Qruzii 1946.s.126-127; Arutyonyan 1985.s.77).
Təbrizli Arakelə görə, H'Ayın əsil adı Ayk olmuşdur (Arakel Davrijezi 1973.s.526).
H'Ayın əsil adı Ayk yox, Ay idi. Kilsə salnaməçiləri etnik adların sonuna “k”, önünə “h” səsi artırırlar. Nəticədə Ay nəslinin adı bəzən Ayk, bəzən H'Ayk formasına salınır. Ermənilər birbaşa olmasa da, dolayısı ilə etnonimin Ay və ya H'ayk yox, Ay olduğunu təsdiq edirlər. Bildirirlər ki, –k çoxluq və etnik mənsubluq yaradan şəkilçidir (Xorenski 1893.s.270; Şop 1931.s.232; Patkanov 1883.s.14, 43).
Ermənilər tarixi gerçəklikləri saxtalaşdırmaqda o qədər də zəka sahibi deyillər. Musa Xorenlinin 1808-ci il Peterburq nəşri ilə 1893-cü il Moskva nəşrini tutuşdurduqda ciddi fərqlər aşkara çıxarılır. Məsələn: nəşrin birində İncak nəslinin adı İncak, başqa birində İndzak, bəzən də Ndzak kimi yazılmışdır.
Ay nəslinin adı yunan təhsilli tarixçilərin əsərlərində Ayos kimi göstərilir – os yunan dilində çoxluq anlamı yaradan şəkilçidir (Patkanov 1883. s.244). Gürcülər isə Kolxidada çarlıq edən Ay övladlarını Elam və Şumer ənanələri əsasında Ayet adlandırırlar (İstoriya Qruzii 1946.s.126, 127). Robert Bleyxştey nəzər alır ki, gürcü mənbələrindəki -eti sonluğu Elam və Subar dillərindən gəlmişdir (Bleyxşteyner 1936. s.186).
Daha qədim mətnlərdə Ay nəslinin adı Ayli (Xorenski 1893.s.293), Aylusin (Açoxik 1864.s.273), Aya və Ayet (Lordkipanidze 1978.s.24-25) formalarında yazıya alınmışdır.
Azx nəslindən olan yepiskop Asoxik (XI əsr) yazır ki, qədim h'ayların folklorunda: 1. ayın haləsi, 2. qadın cinsinin cazibə qüvvəsi Aylusin adlanır (Açoxik 1864.s.273). Si sami mənşəli dillərdə ay deməkdir, sözün ortasındakı, -lu türk dillərinə aid şəkilçidir.
H'aylar necə erməni ola bilərlər ki, onlar aya ay, aya sitayiş edənlərə Ayli, ayın haləsinə Aylusin deyirlər? (ardı var)
İlhami Cəfərsoy, Tarixçi Alim





























































































