Futbol üzrə Azərbaycan yığması Dünya Çempionatının son oyununda da meydanı məğlub tərk etdi-Video

Futbol üzrə Azərbaycan yığması Dünya Çempionatının son oyununda da meydanı məğlub tərk etdi-Video

17 Noyabr 07:54
Bəyəndim (0) Bəyənmədim (0)

2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Azərbaycan və Fransa arasında D qrupunda keçiirlən son oyun komandamızın azarkeşləri üçün daha bir kədərli nəticə ilə yadda qalacaq. Məşqçi dəyişikliyi edilərək Santuşun istefaya göndərilməsindən və Ayxan Abbasovun baş məşqçi təyin edilməsindən sonra komandamızın oyununda bir canlanma hiss olunsa da hələlik qələbə üzünə həsrət qalmaqda davam edirik.

Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunun ilk dəqiqələrində komandamız daha cəsarətli oyun nümayiş etdirərək hesabı erkən açmağa nail olub.

Rəqib qapısına edilən hücumlardan birində, oyunun 4-cü dəqiqəində Renat Dadaşov Rəhman Daşdəmirovun ötürməsindən sonra güclü zərəbə ilə hesabı açıb. Amma bu, oyunda vurduğumuz yeganə qol olub. Meydanda tədricən üstünlüyü ələ alan fransızlar 17-ci dəqiqədə Jan-Filip Matetanın vurduğu qolla hesabı bərabərləşdiriblər. Bundan on üç dəqiqə sonra Maqnes Akliuş ikinci topu komandamızın qapısından keçirib. Oyunun sonlarında komandamızın qapısına daha bir qol vurulub. İkinci hissədə oyunda hesab dəyişməyib. Beləliklə Fransa yığması komandamıza 3:1 hesabı ilə qalib gəlib.

Əziz MUSTAFA