Türkiyə millisi azlıqda oynamasına baxmayaraq  səfərdə Gürcüstan millisini məğlub edib

Türkiyə millisi azlıqda oynamasına baxmayaraq səfərdə Gürcüstan millisini məğlub edib

5 Sentyabr 07:53
Bəyəndim (0) Bəyənmədim (0)

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilib.

E qrupunda yer alan Türkiyə səfərdə Gürcüstan millisi ilə qarşılaşıb.

Oyunda hesab erkən açılıb. Belə ki, oyunun 3-cü dəqiqəsində Türkiyə millisinin müdafiəçisi Mərt Müldür gözəl zərbə ilə hesabı açıb. Oyunun qəhrəmanı isə Kərəm Aktürkoğlu olub. Məşhur futbolşu oyunun 41-ci və 52-ci dəqiqələrində Gürcüstan komandasının qapısına iki top vuraraq hesabı 3:0-a çatdırıb. Yalnız Gürcüstan yığmasının oyunçusu Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirərək hesab arasındakı fərqi azaldıb.

Türkiyə millisinin gözəl oyununa futbolçu Barış Yılmaz mane olub. O, kobud oyuna görə, matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan istifadə edən Gürcüstan komandası tədricən meydanda üstünlüyü ələ alıb. Bu da öz bəhrəsini verib. Belə ki, görüşün 90+8-ci dəqiqəsində meydan sahiblərinin vingeri Xviça Kvaratsxeliya ikinci topu Türkiyə komandasının qapısından keçirərək fərqi minimuma-2:3-ə endirib. Beləliklə, Türkiyə yığması gərgin keçən görüşdə rəqib meydanında Gürcüstan yığmasına 3:2 hesabı ilə qalib gələrək öz aktivinə 3 xal yazdırıb.

Əziz Mustafa