"Betis"  “Fiorentina"nı mübarizədən uzaqlaşdıraraq finala yüksəlib

"Betis" “Fiorentina"nı mübarizədən uzaqlaşdıraraq finala yüksəlib

9 May 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Betis" “Fiorentina"ilə qarşılaşıb. Olduqca gərgin keçən oyunda hesabı qonaqlar açıb. Oyunun 30-cu dəqiqəsində "Betis"in oyunçusi Antoni hesabı açıb. Bundan 4 dəqiqə sonra isə meydan sahiblərinin oyunçusu Robin Qosens gözəl zərbə ilə hesabı bərabərləşdirib. 42-ci dəqiqədə Qosens dubl edərək komandasını hesabda irəli çıxarıb. İkinci hissədə hər iki tərəfin səylərinə baxmayaraq hesab dəyişməyib.

Birinci oyunda da eyni hesab qeydə alındığından əlavə vaxt oynanılıb. Əlavə vaxtın 97-ci dəqiqəsində kobud oyuna görə meydan sahiblərinin qapısına təyin edilən penaltini Abde Ezzalzuli dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Əlavə vaxtın sonuna kimi hesab dəyişməyib. Beləliklə iki oyunun nəticəsinə görə "Betis" finala yüksəlib. Digər yarımfinal oyununda "Çelsi" "Yurqorden"i minimal hesabla məğlub edərək finalda "Betis"ə rəqib olub.

UEFA Konfrans Liqası

8 may

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) 2:1 (Əlavə vaxt 2:2) (İlk oyun - 1:2.)

Qollar: R.Qosens,34, 42, - Antoni,30, A.Ezzalzouli,97

23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0 (İlk oyun - 4:1)

Qollar: K.Devsburi,38

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək

Əziz Mustafa, Oxuməni.az