İNSANLIQ FƏDAİSİ

İNSANLIQ FƏDAİSİ

11 Sentyabr 16:31
Bəyəndim (2) Bəyənmədim (0)

Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir. Sağlam ruh və sağlam bədənlə də yaşanan həyata ömür deyilir. Bu ömür yolunda elə bir sərvət yoxdur ki, nə zamansa tükənməsin və elə bir bədən də yoxdur ki, nə vaxtsa xəstələnməsin. İnsanlar mövcudluqlarının bütün mərhələlərində xəstəliklərə məruz qalıblar. İnsanlara şəfa verərək onların sağlamlığının keşiyində dayanmaq özü bir xoşbəxtlikdir. Xəstənin sağalmasının, onun sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. İnsanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşərin keşiyində dayanmışlar. Yaşı elə cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar. Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Təcrübəli həkim 3 əsas keyfiyyətə malik olmalıdır: İnsanlığa, məhəbbətə, elmi biliyə və müəmmalı sirlərin açılmasına göstərilən marağa. Həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Həyatını tibbə, vətəndaşlarımızın sağlamlığına həsr edən həkimlərimizdən biri də Ortoped-travmatoloq Uzaman Dr. Yasin Haqverdiyevdir.

Dr. Yasin Haqverdiyev Ortoped-travmatoloq olaraq Mərkəzi klinika Xəstəxanasinda fəaliyyət göstərir. Məhz doktorun timsalında ərklə demək olar ki, Azərbaycanda bu cür təcrübəli və peşəkar həkimlərimiz yetərincə var. Yuxarıda sadaladığımız bütün insani keyfiyyətlər, humanizm, başqalarının halına acımaq, insanlıq yolunda təmənnasız fədakarlıq, mütəxəssis həkim və işinin peşəkarı kimi gözəl və nəcib xüsusiyyətlərin hamısı Uzman Dr. Yasin Haqverdiyevdə cəmlənib desək, yanılmarıq. Tanrı yalnız öz sevdiyi bəndəsinə bu cür alicənablıqla dolu gözəl xüsusiyyətlər bəxş edir. Sevimli doktorumuz da Yasin Haqverdiyev Tanrının sevilən və seçilən bəndələrindəndir. Ona görə də doktor ən ağır əməliyyatlarını belə uğurla həyata keçirir. Bu səbəbdəndir ki, indiyə kimi doktora müraciət edən posientləri yalnız və yalnız birmənalı olaraq razılıq edərək minnətdarlıq bildirirlər.

İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Van Qoqun deyimi ilə desək, başqalarının halına yana bilən insan yaşamağa layiqdir. Posientlərinə xüsusi diqqət və qayğı ilə yanaşan Uzman Dr. Yasin Haqverdiyevin bu layiqlikdə xüsusi payı vardır. Uzman Dr. Yasin Haqverdiyev öz sahəsində insanların sağlamlığına qovuşmasında göstərdiyi misilsiz xidmətlərinə görə dünyanın bütün yaxşılıqlarına haqq edən fədakar həkimdir.

Bəzən insan öz əlində olmayan səbəblərdən də xəstələnə bilir. Sağlamlığımız bir əmanətdir, onu qoruamaq isə ən vacib məsuliyyətimizdir. Unutmayaq ki, can yeməkdən, bədən geyimdən daha vacibdir.

Gecə-gündüz vətəndaşlarımızın sağlamlığı keşiyində durduğunuza görə Sizə minnətdarıq, dəyərli həkim, gözəl və alicənab insan Uzman Dr. Yasin Haqverdiyev.

Yaxşı ki, dünyamızda Sizin kimi peşəkar həkimlərimiz var və nə xoş bizlərə ki, xalqımız Sizin kimi həkimlərdən xali deyil.

Sağ olun, var olun dəyərli həkim Yasin Haqverdiyev!

Hörmətlə:

İsa Rəvan,

Müsfiq Həsənov