Ukrayna Rusiya ərazilərindəki strateji təyinatlı obyektləri məhv etməyə başlayıb

Ukrayna Rusiya ərazilərindəki strateji təyinatlı obyektləri məhv etməyə başlayıb

5 İyun 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Rusiya ərazilərindəki strateji təyinatlı obyektləri məhv etməyə başlayıb.

Qərbdən müəyyən qədər silahlar almağa nail olan Ukrayna artıq Rusiya ərazisindəki strateji təyinatlı obyektləri hədəf alaraq məhv edir. Bu müstəvidə də Ukrayna silah qüvvələri Rusiya ərazilərindəki hərbui təyinatlı obyektləri, o cümlədən silah-sursat və yanacaq bazalarının məhv ediməsi əməliyyatını uğurla başa çatdırırlar.

Hərbi ekspertlərin fikrincə, bir növ müasir partizan müharibəsi taktikasını xatırladan bu cür əməliyyatlar zamanı ruslar ağır itkilərə məruz qalmağa başlayıblar. Məsələn, iyunun 2-də Ukrayna Rusiya ərazisindəki müasir hava hücumundan müdafiə sistemlərindən biri hesab edilən S-300/S-400 birləşmiş zenit-raket kompleksini ölkə sərhədindən 50 kilometr uzaqda məhv edib. Bu sistemlərin isə qiyməti 300-500 milyon avro dəyərində hesab edilir.

Qeyd edək ki, S-300/S-400 birləşmiş zenit-raket kompleksinin məhv edilməsi Ukrayna ordusunun yeganə uğuru deyil. Ukrayna son günlərdə həmçinin Belqoroddan şərqdə yerləşən Rusiya komandanlıq mərkəzini də 50-60 kilometr məsafədən dəqiq zərbə ilə darmadağın edib. Nəticədə onlarla yüksək səviyyəli rus hərbçisi məhv edilib və ya yaralanıb.

Bir neşə gün öncə, iyunun 3-də Ukrayna ordusu Rusiyanın Kursk Vilayətində ölkə sərhədindən 50 kilometr məsafədəki hərbi tank kolonunun hərəkətini PUA vasitəsi ilə izləyərək ona zərbələr endirib. Nəticədə hərbi tank kolonu darmadağın edilib.

Buna paralel olaraq ötən gün Ukrayna Rusiya ərazisindəki Şebekino şəhərində yerləşən hərbi anbara da zərbələr endirərək məhv ediblər. Onu da deyək ki, Rusiya ərazilərindəki hərbi obyektlərin məhv edilməsində Ukraynanın Qərbdən aldığı HIMARS MLRS raketləri önəmli rol oynayır. Ukraynanın son uğurlarında şübhəsiz ki Qərbdən aldıqları müasir raketlərin xüsusi rolunun olduğu danılmazdır. Bu uğurlar davam etdiriləcəyi təqdirdə Rusiyanın cəbhədəki üstünlüyünün aradan qaldırılacağı şübhə doğurmur.

Əziz Mustafa, Oxuməni.az