ABŞ Moldovanın təhlükəsizlyini təmin etmək niyyətindədir

ABŞ Moldovanın təhlükəsizlyini təmin etmək niyyətindədir

30 May 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Moldovanın faktiki olaraq Rusiyanın təcavüzü qarşısında qalması ABŞ-ı bu ölkənin təhlükəsizliyini təmin etməsi üçün hərəkətə gətirib. Bu müstəvidə də ABŞ Moldovaya iki yardım paketi ayıraraq onun təhlükəsizliyini təmin etməsi üçün addımlar atmağa başlayıb. Məsələ ilə bağlı açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Moldovada Rusiyanın təhdidləri ilə bağlı narahatlıq var və təbii ki, ABŞ buna biganə qala bilməz. Onun sözlərinə görə, Moldova üçün ayrılan iki yardım paketi müəyyən qədər Rusiya təhdidlərinə cavab hesab edilə bələr və biz bununla onlarla həmrəylərimizi nümayış etdiririk.

Yeri gəlmişkən onu da deyək ki, əslində Moldovaya ABŞ tərəfindən ayrılan iki yardım paketi daha çox Rusiyaya edilən xəbərdarlıq anlamına gəlir. Vaşinqton bununla daha çox Rusiya təhlükəsi qarşısında Moldovanı tək qoymayacağını növbəti dəfə nümayiş etdirir. Üstəlik buraya Moldova ilə eyni etnik kökə malik olan NATO üzvü Rumıniyanı da əlavə edəndə Rusiyanın qarşısında necə böyük gücün dayandığı aydın olur.

Xatırladaq ki, bir müddət əvvəl Rumıniya ABŞ və Moldova arasında birgə hərbi təlimlər keçirilmişdi. Hərbi təlimlərdən məqsəd də məhz Moldova üçün xarici təhlükə yarananda onun yardımına gəlmək yollarını sınaqdan çıxarmaq idi.

Beləliklə, ABŞ Moldovanı özünün təhlükəsizlik çətiri altına alır. Bu isə vəziyyət gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı Moldovada ABŞ və Rumıniyanın iştirakı ilə ikinci cəbhənin açılmasına gətirib çıxara bilər.

Əziz Mustafa, Oxuməni.az