Çin  Tayvanla yeni müharibəyə hazırlaşır

Çin Tayvanla yeni müharibəyə hazırlaşır

27 May 07:49
Bəyəndim (0) Bəyənmədim (0)

Çinlə Tayvan arasında gərgin münasibətlər davam edir.

Çinin mütəmadi olaraq Tayvan ətrafında gərginliyi davam etdirməsi təhlükəli həddə çatıb. Demək olar ki, hər gün Çin müxtəlif təyainatlı qüvvələrini adaya yaxınlaşdırmaqla Tayvana qarşı şantaj, təzyiq və təhdid taktikasından istifadə edir. Hərbi ekspertlər bütün bunu Çinin Tayvana hücuma hazırlaşması kimi dəyərləndirirlər. Belə bir fikir vurğulanır ki, Çin beynəlxalq aləmdə əmələ gələn siyası vəziyyətdən, o cümlədən Rusiyanın Ukraynaya təcavüzündən və İsrali-Fələstin qarşıdurmasından istifadə edərək Tayvan üzərində müstəqilliyini bərpa etmək niyyətindədir. Bu isə ada ətrafında vəziyyətin olduqca gərgin olduğunu göstərir.

Çinin Tayvan ətrafında gərginliyi süni şəkildə qızışdırması və faktiki olaraq bölgədə müharibəyə hazırlaşması Rusiya prezidenti Vladimir Putinin Çinə son səfərindən sonra daha da güclənib. Ehtimal edilir ki, Putinlə Çin rəhbərləri arasında Pekində keçirilən görüşdə Tayvan məsələsində qətiyyətli addımlar atılması barədə hansısa gizli razılıq əldə edilib. Belə ki, istənilən halda Çinin Tayvana hücumu adanı ələ keçirməsinə, həm də Rusiyanın Ukraynanı işğal etməsinə imkan verə bilər.

Əziz Mustafa, Oxuməni.az