İran İsraillə Fələstinin iki dövlət kimi dinc yanaşı yaşamasına imkan vermir

İran İsraillə Fələstinin iki dövlət kimi dinc yanaşı yaşamasına imkan vermir

6 May 07:14
Bəyəndim (0) Bəyənmədim (0)

İran İsraillə Fələstinin iki dövlət kimi dinc yanaşı yaşamasına imkan vermr.

İran hər vasitə ilə Fələstini İsrailin əleyhinə qaldıraraq onların axıdılan qanları hesabına Təl-Əvivdən gələ biləcək "təhlükə"dən özünü sığortalamağa və mənfur faşist niyyətlərini həyata keçirməyə, sionist təhlükəsi adı altında ərəb dövlətlərini, o cümlədən qardaş Türkiyəni yəhudilərə qarşı qaldırmağa çalışır.

Ötən ilin 7 oktyabrında İran özünün bölgədəki əlaltısı olan HƏMAS-ı dinc əhaliyə qarşı qətllər törətməyə istiqamətləndirdi. Nəticədə günahsız insanların qanları axıdılmaqda davam edir.

7 oktyabr hadisələrindən əvvəl Türkiyə ilə İsrail arasında normal əlaqələr yaradılırdı. İran 7 oktyabr hadisələrini körükləməklə Türkiyə ilə İsrailin yaxınlaşmasına mane ola bildi. Bu gün bölgədə günahsız fələstinlilərin qanlarının axıdılmasının, şəhərlərinin dağıdılmasına səbəb İran və onun idarə etdiyi, Tehranın əlində oyuncağa çevrilən HƏMAS-dır.

Ümumiyyətlə tarixboyu İranın ərəblərə münasibəti düşməncəsinə olub. Buna səbəb Peyğəmbərimiz dövründə Sasanlər imperiyasının varlığına son qoyulmasıdır. O vaxt Peyğəmbər əfəndimiz İranı idarə edənlərə islam dinini qəbul etmək üçün məktub göndərmişdi. Ancaq İranı idarı edənlər məktubu cırmışdılar. İran sonralar islam dinini zahirən qəbul etsə də, ərəblərə düşmənçiliyi bu günə kimi davam etməkdədir. Bu gün Fələstini qan gölünə döndərən İsrail onların əli ilə ərəblərdən qisasını almaqda davam edir.

Əziz Mustafa, Oxuməni.az