Fələk, bağrın partlasın...

Fələk, bağrın partlasın...

21 Mart 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Fələk, bağrın partlasın...

Fələk, mənə qəm gətirdin,

Gözlərimə nəm gətirdin.

Həyatımı kəm gətirdin,

Sinəm coşub dolan yerdə

***

Var istədim var vermədin,

Yar istədim, yar vermədin.

Qışda belə qar vermədin,

Mən ki, susuz qalan yerdə

***

Sevinmədim heç doyunca,

Dolanmadım yar boyunca

Baxammadım mən doyunca,

Dərd canımı alan yerdə

***

Qismət oldu tülək, sara,

Həsrət qaldım nazlı yara.

Mən çəkildim hər gün dara,

Qönçə gülüm solan yerdə

***
Heç qadasın alammadım,

Saf su oldum, bulanmadım.

Kuzəsinə dolammadım,

Bir gur çeşmə olan yerdə

***

Niyə gəldi bəxtim qara,

Yayda düşdüm boran qara.

Sinəm oldu qanlı yara

Eşqim olan talan yerdə

***

Fələk, mənə çən dilədin,

Saçlarıma dən çilədin.

Yarı məndən sən elədin,

Sönən ocaq olan yerdə

Əziz Mustafa