“Xalqın səsi”ndə gərginlik nədən sürətlə artır? Səbəb nədir???

“Xalqın səsi”ndə gərginlik nədən sürətlə artır? Səbəb nədir???

14 Yanvar 20:58
Bəyəndim (2) Bəyənmədim (0)

Hər bazar ertəsi axşam saat 22:00-dan 24:00-a kimi İsa Rəvanın müəllif layihəsi olan “Xalqın səsi” musiqi yarışmasında qalibiyyət uğrunda mübarizə get-gedə gərginləşir. Hər bir iştirakçı yarışmanın qalibi olmağa iddialıdır. Ancaq unutmaq lazım deyil ki, yarışmada gözəl səs, ifaçılıq, sənətlə yanaşı SMS böyük rol oynayır. Bu yarışmada qalibiyyəti qazandıran yalnız SMS-lərdir. Ona görə də favoritiniz olan ifaçılara vaxtında SMS göndərin ki, bölgənizi təmsil edən ifaçı həm özünü, həm də təmsilçisi olduğu bölgəni qalib etsin.

Bu bazar ertəsi (08.01.2024) yarışmada əsl sənət nümunələri tamaşaçılara təqdim olundu. 2 istedadlı ifaçı-əslən Füzuli rayonundan olan Qalib Məmmədov və Şamaxını təmsil edən Əfsanə Qurbanova arasında güclü və duyumlu musiqi yarışması oldu.

Qalib Məmmədovun peşəkarlığı, təcrübəsi ilk ifasından seçilirdi. Xanım müğənni Əfsanə Qurbanova da gücünü göstərə bildi. Oxuduğu “Heyratı” zərb muğamı ilə sənətdə öz sözünü dedi.

Gülüş əfsanəmiz, Əməkdar artist Çingiz Əhmədov aparıcı olaraq yenə öz gülüş və atmaca ampluası ilə yarışmaçılara ruh verirdi.

Əməkdar artist Sevinc Sarıyeva şamaxılılara dönə-dönə səslənməkdən yoruldu, həmyerlilərindən Əfsanə xanıma səs istədi. Münsif Azad Zamanov da iştirakçılara dəstək olmaq üçün tamaşaçılara müraciət etdi. Lakin sonda az bir səs faizi ilə Qalib Məmmədov qalib oldu. Qalib bəyi təbrik edirik!

Məğlub təəssübçülüyünü yaşamamaq üçün dəstək olmaq istədiyiniz iştirakçıya SMS-lərinizi bol edin. Hələ qarşıda sizi daha gərgin yarışma gözləyir.

Unutmayın! “Xalqın səsi”ndə qalib olmağın başqa alternativ yolu yoxdur. Burada qalib olmaq şansını yalnız SMS həll edir. Obyektivlik, şəffaflıq yarışmanın ana xəttini təşkil edir . SMS sayı çox olan iştirakçı növbəti mərhələyə keçid şansı qazanır.

Alim Nəbioğlu.