Tanınmış aktrisanın tutuquşusu evdən qaçıb

Tanınmış aktrisanın tutuquşusu evdən qaçıb

16 Mart 2023 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Aktrisa Burcu Özberkin ev heyvanı tutuquşu Lüsi evdən qaçıb. Kraliça serialı ilə ekrana qayıtmağa hazırlaşan Burcu Özberk tutuquşusunu tapana pul mükafatı veriləcəyini də bildirib.

Burcu Özberk tutuquşu Lüsini itirib. Son zamanlar adı "Qalatasaray"ın tanınmış transferlərindən olan Nikolo Zaniolo ilə hallanan Burcu Özberk "Queen" adlı yeni serialı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Sosial media hesabından paylaşım edən məşhur aktrisa "Gözəl qızım eyvandan uçdu. Tutuquşumu görənlər mənə mesaj göndərə bilərmi?" deyə ifadələrindən istifadə edib.

Aktyor Lüsini tapan şəxsə pul mükafatı veriləcəyini də açıqlayıb.

Xatırladaq ki, Özberk yeni mövsümdə Kanal D-də nümayiş olunacaq Kraliça serialında baş rolu canlandıracaq.

Murad Şahməmmədov