Zəlzələlərin yaratdığı seysmik dalğalar yerin daxilində yayılır

Zəlzələlərin yaratdığı seysmik dalğalar yerin daxilində yayılır

2 Mart 2023 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bildiyiniz kimi alimlər yerin dörd təbəqədən ibarət olduğu deyirlər: qabıq, mantiya, maye xarici nüvə və bərk daxili nüvə. Təxminən 20 il əvvəl irəli sürülən bir fərziyyədə daxili nüvənin də müxtəlif təbəqələrdən ibarət olduğunu iddia edirdi. Avstraliya Milli Universitetinin "Thanh Son-Pham və Hrvoje Tkalčić Nature Communications"-da dərc olunan məqaləsində daxili nüvənin iki ayrı təbəqədən ibarət olduğunu təsdiqləyən nəticələrə çatdıqlarını açıqladılar.

Zəlzələlərin yaratdığı seysmik dalğalar yerin daxilində yayılır. Bu dalğaların yayılma sürəti bir təbəqədən digərinə keçdikcə dəyişir. Son-Pham və Tkalçiçin işi həm də Yerin daxili hissəsindən keçən seysmik dalğaların öyrənilməsinə əsaslanır. Tədqiqatçılar zəlzələ zonasından yayılmağa başlayan, Yerin mərkəzindən keçən və yer kürəsinin əks ucundan əks olunduqdan sonra başlanğıc nöqtəsinə qayıdan seysmik dalğaları tədqiq ediblər. Seysmik dalğaların amplitudası yer üzündə hərəkət etdikcə azalır. Keçmişdə aparılan oxşar tədqiqatlar zamanı yalnız tək bir yansıma aşkar edilə bilərdi. Son-Pham və Tkalčić isə inkişaf etdirdikləri üsulla dünyaya səpələnmiş seysmoqrafların topladığı siqnalları gücləndirərək əks olunan dalğaları beş dəfə müşahidə etməyi bacarıblar. Nəticələr göstərir ki, seysmik dalğalar daxili nüvənin içərisinə çatdıqda, düşmə bucağından asılı olaraq sürətlənir və ya yavaşlayır. Bu o deməkdir ki, daxili nüvənin daxili və xarici hissələrinin strukturları fərqlidir, başqa sözlə, daxili nüvənin müxtəlif təbəqələri var...

Murad Şahməmmədov